“AZADLIQ” QƏZETİNİN ƏMƏKDAŞI ELEKTRON POÇT VASİTƏSİLƏ TƏHQİR OLUNUB VƏ HƏDƏLƏNİB

“Azadlıq” qəzetinin əməkdaşı Qan Turalının elektron poçt ünvanına üç müxtəlif ünvandan  “Hizbullah” təşkilatını müdafiə edən məktublar gəlib.

Həmin məktubların ikisində jurnalist tərəfindən yazılmış məqaləyə münasibət bildirilir, məqalədəki yazıların səhv olduğu və ABŞ səfirliyinin qrantları ilə bu cür yazıların yazıldığı iddia edilir. Üçüncü məktubda isə Qan Turalının ünvanına olduqca ağır küçə söyüşləri və hədə öz əksini tapıb. RATİ-yə müraciət edən və bu barədə məlumat verən Qan Turalı ona gələn məktubları da bizə göndərib. Jurnalistin sözlərinə görə, bu məktublar onun tərəfindən “Azadlıq” qəzetinin 18 may 2008-ci il tarixli sayında dərc edilmiş “Nardaranda “mən hizbullahçıyam” nidası” adlı yazısı ilə əlaqədardır. O bu yazıda din adamlarından birinin özünü “hizbullahçı” adlandırmasını ölkədəki siyasi anarxiyanın və hüquqi nihilizmin son həddi kimi qiymətləndirib.
 Bununla belə heç bir hüquq mühafizə orqanına müraciət etməyəcəyini deyən Qan Turalı ona gələn və məqaləsinin tənqid olunduğu məktublardan birinə cavab yazdığını vurğuladı.

Previous Post

ZAHİDOVUN VƏKİLLƏRİ VƏ AİLƏ ÜZVLƏRİ İLƏ GÖRÜŞÜNƏ SÜNİ ƏNGƏLLƏR TÖRƏDİLİR

Next Post

BİR NEÇƏ JURNALİST MÜKAFATLANDIRILDI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.