MÜXALİFƏT QƏZETLƏRİ ÜÇÜN ŞİRNİKLƏNDİRMƏ KAMPANİYASI HAZIRLANILIR

“Azadlıq” qəzetinin bu günkü sayındakı məlumatda bildirilir ki, hakimiyyət seçki öncəsi dövrdə bəzi müxalifət qəzetlərini şirnikləndirmə taktikasından istifadə edəcək.

Mötəbər mənbəyə istinadən yazıldığı iddia edilən məlumatda bildirilir ki, yaxın günlərdə müxalifət qəzetlərindən birində çox yüksək qiymətlərdə Azərbaycanın çox məhşur və zəngin banklarından birinin silsilə reklamları yerləşdiriləcək.
  Məlumata görə sözügedən banka bu tapşırıq Prezidentin İcra Aparatından verilib və bununla da hakimiyyət beynəlxalq təşkilatlara sübut etməyə çalışacaq ki, reklam bazarı müxalifət qəzetlərinin də üzünə açıqdır. 
 “Bu planın əsas hədəflərindən biri də odur ki, reklam pulları müqabilində həmin qəzetdə çalışan jurnalistlər insanların seçicilərə qatılmasına çağırış xarakterli yazılar yazmalıdırlar, müxalifətdaxili çəkişmələri isə qabartmalıdırlar”, – deyə məlumatda bildirilir.

Previous Post

MİKLOŞ HARAŞTİ PROKURORLUĞUN XƏLİLƏ QARŞI QƏRƏZLİ MÖVQEYİNDƏN CİDDİ NARAHATDIR

Next Post

ZAHİDOVUN VƏKİLLƏRİ VƏ AİLƏ ÜZVLƏRİ İLƏ GÖRÜŞÜNƏ SÜNİ ƏNGƏLLƏR TÖRƏDİLİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.