“SÖZ AZADLIĞININ VƏ JURNALİSTLƏRİN MÜDAFİƏSİNƏ YARDIM FONDU” JURNALİSTLƏRƏ MADDİ YARDIM EDİB

“Söz azadlığının və jurnalistlərin müdafiəsinə yardım fondu” həbsdə olan iki  jurnalist –  “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin və “Azadlıq” qəzetinin əməkdaşı Mirzə Sakitin (Sakit Zahidov) ailələrinə 400 ABŞ dolları məbləğində yardım edib.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) məlumat verən Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli onu da bildirib ki, bu yardım  jurnalistlərin ailələrinin müraciəti əsasında verilib. Y. Məmmədli onu da qeyd edib ki, “Söz azadlığı və jurnalistlərin müdafiə fondu”nun İdarə Heyətinin keçirilən iclasında daha bir jurnalist, “Yüksəliş Naminə” qəzetinin əməkdaşı Elçin Həsənovun və “Reytinq” qəzetinin redaksiyasının da müraciətlərinə baxılıb və onlara  müvafiq olaraq 200 və 300 ABŞ dolları məbləğində yardım ayrılıb.
Previous Post

JURNALİSTLƏRİN VƏSATƏTİ TƏMİN EDİLDİ

Next Post

MAHAL İSMAYILOĞLU YENİDƏN POLİSƏ ÇAĞIRILIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.