NAXÇIVANDA ATV-NİN QISA DALĞADA YAYIMI DAYANDIRILIB

2009-cu il  yanvar ayının 3-ü saat 14:00-dan etibarən Naxçıvan Muxtar Respublikası ərazisində “Azad Azərbaycan” televiziyasının (ATV) qısa dalğada yayımı dayandırılıb.

Bu barədə RATİ-nin Naxçıvandakı müxbirləri məlumat veriblər.
Naxçıvan Teleötürücü Stansiyasından RATİ-nin Naxçıvandakı  müxbirinə  verilən məlumata görə, telekanalın yayımı texniki problemlərə görə deyil, Naxçıvan  Milli Teleradio və Mətbuat Şurasının qərarı ilə dayandırılıb.
ATV-dən isə bildirdilər ki, Naxçıvanda telekanalın yayımı ilə bağlı hər hansı bir problem yaranmayıb.
Previous Post

NAZİR HÜQUQ MÜDAFİƏÇİSİNİ VERDİYİ MÜSAHİBƏYƏ GÖRƏ MƏHKƏMƏYƏ VERİB

Next Post

DİNDARLARIN AKSİYASI POLİS TƏRƏFİNDƏN DAĞIDILAN ZAMAN JURNALİST DƏ TƏZYİQƏ MƏRUZ QALIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.