NAZİR HÜQUQ MÜDAFİƏÇİSİNİ VERDİYİ MÜSAHİBƏYƏ GÖRƏ MƏHKƏMƏYƏ VERİB

Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus  daxili işlər naziri Ramil Usubov tərəfindən məhkəməyə verilib.

“Azadlıq” radiosunun məlumatına görə,   məhkəmə çəkişməsi yanvarın 13-də Nəsimi rayon Məhkəməsində başlayacaq.
Məlumata görə, məhkəməyə təqdim edilən iddia ərizəsində göstərilib ki, Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus ötən il dekabrın 3-də “Day.az” saytına verdiyi müsahibədə (http://www.day.az/news/society/139055.html) Daxili İşlər Nazirliyinə böhtan atıb. Nazir müsahibənin polisin işgüzar nüfuzuna xələl gətirdiyini iddia edərək Leyla Yunusun təkzib verməsi, nazirlikdən üzr istəməsi və mənəvi zərərin əvəzində 100 min manat təzminat ödəməsini tələb edib.
Sülh və Demokratiya İnstitutundan “Media forum” xəbər saytına  daxil olan məlumatda  L. Yunusun hüquq müdafiəçisi fəaliyyətinə başladığı 1988-ci ildən bəri ilk dəfə məhkəməyə verildiyi bildirilir: “Son 6 ildə Leyla Yunus ölkə mediası və xarici KİV-lərdə polis əməkdaşlarının törətdiyi cinayətlər barəsində ən ciddi ifşaedici materiallarla, o cümlədən Ramil Usubovun yaxın qohumu Elmar Usubovun rəis olduğu Xızı rayon Polis İdarəsində bir şəxsin işgəncə nəticəsində ölməsi haqda açıqlama ilə çıxış edib”.
Previous Post

“İCTİMAİ TELEVİZİYA”DA REFERENDUMLA BAĞLI MÜZAKİRƏLƏR ÜÇÜN PULSUZ EFİR VAXTI AYRILACAQ

Next Post

NAXÇIVANDA ATV-NİN QISA DALĞADA YAYIMI DAYANDIRILIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.