NAXÇIVANDA ATV-NİN QISA METRAJLI DALĞADA YAYIMI BƏRPA OLUNUB

18 yanvar 2009-cu il tarixdə səhər saatlarından etibarən Naxçıvan Muxtar Respublikası ərazisində “Azad Azərbaycan” televiziyasının (ATV) qısa dalğada yayımı bərpa olunub. Bu barədə RATİ-nin Naxçıvandakı müxbirləri məlumat veriblər.

 Xatırladaq ki, 2009-cu il yanvar ayının 3-ü saat 14:00-dan etibarən Naxçıvan Muxtar Respublikası ərazisində “Azad Azərbaycan” televiziyasının (ATV) qısa dalğada yayımı dayandırılmışdı. Naxçıvan Teleötürücü Stansiyasından RATİ-nin Naxçıvandakı  müxbirinə  verilən məlumata görə, telekanalın yayımı texniki problemlərə görə deyil, Naxçıvan  Milli Teleradio və Mətbuat Şurasının qərarı ilə dayandırılmışdı. Amma ATV-dən bildirilirdi ki, Naxçıvanda telekanalın yayımı ilə bağlı hər hansı bir problem yaranmayıb.
Previous Post

ZÖHRAB İSMAYILOVUN İDDİASI TƏMİN EDİLMƏDİ

Next Post

POLİS ÖZBAŞINALIĞINDAN ŞİKAYƏT EDƏN VƏLİYEVLƏR SƏRBƏST BURAXILIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.