ZÖHRAB İSMAYILOVUN İDDİASI TƏMİN EDİLMƏDİ

 Bu gün (19 yanvar) Səbail rayon Məhkəməsində hakim Nurəddin Bağırovun sədrliyi ilə “Azad iqtisadiyyata Yardım” Mərkəzinin rəhbəri Zöhrab İsmayıl (İsmayılovun) Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (ARDNŞ) qarşı “Vəzifəli şəxsin hərəkətsizliyinin qanunsuz hesab edilməsi barədə” qaldırdığı iddia üzrə məhkəmə prosesi keçirilib.

  Prosesdə iddiaçı tərəfdən Zöhrab İsmayıl və onun səlahiyyətli nümayəndəsi Fariz Namazov, cavabdeh tərəfdən isə ARDNŞ-nin hüquqşünası Şahin İsmayılov iştirak edirdi.
 
  Ş.İsmayılov bildirdi ki, göndərilən sorğunu cavablandırmaq onların səlahiyyətinə aid deyil: “Həm də ARDNŞ kommersiya fəaliyyətini həyata keçirən hüquqi şəxsdir və göndərilən sorğuya cavab verməmək hüququ var”.
 
      İddiaçının nümayəndəsi Fariz Namazlı ARDNŞ-nin özünü informasiya sahibi hesab etməməyi ilə bağlı cavabına etiraz etdi: “ARDNŞ Azərbaycanda neft və qaz sənayesinə nəzarət edən hüquqi şəxsdir və onun rəhbəri Azərbaycan Respublikasının prezidenti tərəfindən təyin olunur. Buna görə də səslənən fikirlər əsassızdır”.
 
     Tərəfləri dinlədikdən sonra hakim iddianın təmin olunmamağı ilə bağlı qərar çıxartdı.
Previous Post

VERDİYİ MÜSAHİBƏDƏ SƏSLƏNDİRDİYİ FİKRƏ GÖRƏ İCTİMAİ BİRLİK SƏDRİ MƏHKƏMƏYƏ VERİLİB

Next Post

NAXÇIVANDA ATV-NİN QISA METRAJLI DALĞADA YAYIMI BƏRPA OLUNUB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.