POLİS ÖZBAŞINALIĞINDAN ŞİKAYƏT EDƏN VƏLİYEVLƏR SƏRBƏST BURAXILIB

Sədərəkdə polis özbaşınalığından şikayət etdiyi üçün  12 yanvar 2009-cu il tarixdə saat 11:00-da Sədərək rayon polis şöbəsinin əməkdaşları tərəfindən polis şöbəsinə aparılan və orada saxlanılan 56 yaşlı Vəliyev İbrahim və həyat yoldaşı Vəliyeva Türkan 16 yanvar 2009-cu il tarixdə sərbəst buraxılıb.

Onlara evdən  çıxmaq və kiminləsə  əlaqə saxlamaq yasaq edilib.   Məlumatı RATİ-nin Naxçıvandakı müxbirinə Vəliyev İbrahimin adının çəkilməsini istəməyən qohumu bildirib.
 
Xatırladaq ki, 24 dekabr 2008-ci il tarixidə bir qrup gənc əsassız olaraq (http://www.nakhchivan.org.az/content/view/762/28/lang,az/) Sədərək rayon Polis Şöbəsinə aparılaraq səhərə qədər orada saxlanılmışdı. Polis Şöbəsində  gənclərə qarşı  fiziki, mənəvi və psixoloji təzyiqlər edildiyi üçün onların  valideynləri Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə, Azərbaycan Respublikası prezidentinə şikayət (http://www.nakhchivan.org.az/content/view/762/28/lang,az/) ərizəsi yazıblar.  Vəliyev İbrahim və həyat yoldaşı Vəliyeva Türkan da həmin  valideynlər sırasındadır. Bir müddət bundan əvvəl isə  Sədərək rayon Su  Təsərrüfatı İdarəsində mexanizator (traktor sürücüsü) işləyən  İbrahim Vəliyev işdən qovulmuşdu.
Previous Post

NAXÇIVANDA ATV-NİN QISA METRAJLI DALĞADA YAYIMI BƏRPA OLUNUB

Next Post

SƏDƏRƏKDƏ TƏZYİQƏ MƏRUZ QALMIŞ JURNALİSTLƏR PROKURORLUĞA MÜRACİƏT ETDİLƏR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.