Əvəz Zeynallı 9 il azadlıqdan məhrum edildi

483689_10200792687362394_917677259_n

Martın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı barəsində hökm oxunub. Məhkəmə Əvəz Zeynallını irəli sürülmüş ittihamlar üzrə təqsirli bilərək əmlakı müsadirə olunmadan  9 il müddətinə azadlıqdan məhrum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, eyni zamanda  vurulmuş  zərərə görə xəzinəyə 4076 manat ödəməsi və həmçinin həbsdən azad edildikdən sonra bir il ərzində  kommersiya fəaliyyəti ilə məşğul olmasının qadağan edilməsi ilə bağlı hökm çıxarıb.

Xatırladaq ki, Əvəz Zeynallı Milli Məclisin sabiq deputatı Gülər Əhmədovanın şikayəti ilə 2011-ci il oktyabrın 28-də həbs edilib. Korrupsiyaya Qarşı Mübarizə İdarəsində baş redaktor barəsində Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanıb. Daha sonra isə ona qarşı Cinayət Məcəlləsinin 306-cı (məhkəmə qərarlarını icra etməmə) və 213.1-ci  (vergidən yayınma) maddələri ilə ittiham irəli sürülüb. 13 fevral 2013-cü ildə dövlət ittihamçısı Əvəz Zeynallının 11 il müddətinə həbs olunmasını istəyib.

Bir çox beynəlxalq və yerli hüquq müdafiə təşkilatları bu ittihamları saxta hesab edir və Əvəz Zeynallının hakimiyyətə qarşı tənqidi yazılarına görə həbs olunduğunu bəyan edirlər.

 

Previous Post

Bəyanat: RATİ anti-QHT qanun layihəsini pisləyir

Next Post

Quba jurnalistlərinə hökm oxunacaq

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.