Bəyanat: RATİ anti-QHT qanun layihəsini pisləyir

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) yerli qanunvericiliyə müstəqil QHT-lərin fəaliyyətini məhdudlaşdıracaq və onların mövcudluğunu təhlükə altında qoyacaq dəyişikliklərin edilməsini pisləyir. RATİ bu dəşyişikliyi vətəndaş cəmiyyətinə qarşı növbəti avtoritar addım kimi qiymətləndirərək, bunun Azərbaycanın “azad olmayan ölkə” statusunu daha da möhkəmləndirəcəyinihesab edir.

Qeyd edək ki, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanuna dəyişikliklər dünən prezident İlham Əliyev tərəfindən təsdiqlənib.

Yeni dəyişikliklər vətəndaşların Azərbaycan Konstitusiyasının 58-ci maddəsi ilə nəzərdə tutulmuş birləşmək hüququnu və Avropa Konvensiyasının 11-ci maddəsi ilə nəzərdə tutulmuş sərbəst toplaşmaq və birləşmək azadlıqlarını həyata keçirmələrinə böyük maneə olacaq.

“Belə görünür ki, seçki ərəfəsində müxalif mövqeli şəxslərə qarşı təzyiqlərin davamı olaraq rejim qarşısına müstəqil vətəndaş cəmiyyətini öz nəzarətində olan təşkilatlarla əvəz etmək məqsədi qoyub” deyə RATİ sədri Emin Hüseynov bildirib.

RATİ qısa bir müddət kəsiyində parlament tərəfindən insan haqlarını, vətəndaş cəmiyyəti və medianın fəaliyyətini məhdudlaşdıran qanunlar qəbul etməsindən narahatlığını ifadə edir. Bu cür addımlar fundamental azadlıqları məhdudlaşdırmaq, habelə Azərbaycan Konstitusiyasını və beynəlxalq standartları pozmaqla ölkədə “informasiya vakumu” yaratmaq təhlükəsi yaradır.

RATİ Azərbaycan hakimiyyətini Avropa Konvensiyasında, Helsinki Müqaviləsində,  Mülki və Siyasi Hüquqlar haqqındaBeynəlxalq Paktda və İnsan Hüquqları haqqında Ümumi Bəyannamədə əks olunmuş standartlara və öhdəliklərə əməl etməyə çağırır. Bu məqsədlə, RATİ Azərbaycan hökumətini QHT qanunvericiliyinə edilmiş son dəyişikliyi, habelə fundamental azadlıqlarıvə insan hüquqlarını məhdudlaşdıran digər qanunları ləğv etməyə çağırır.

RATİ həmçinin beynəlxalq təşkilatları, xüsusilə də Avropa Şurası və ATƏT-i Azərbaycana qarşı daha sərt mövqe ortaya qoymağa və Azərbaycan hökumətinə insan hüquqları ilə bağlı öhdəliklərini yerinə yetirməsi üçün daha çox təzyiq göstərməyə çağırır.

Qeyd edək ki, parlamentin fevralın 15-də keçirilən iclasında deputatların səs çoxluğu ilə “Qrantlar haqqında” və “Qeyri-hökumət təşkilatları haqqında” qanunlara dəyişiklik edib. Dəyişiklik ondan ibarət idi ki, QHT-lər istər nəğd, istərsə də köçürmə yolu ilə qrant haqqında müqavilə, yaxud qərar olmadan heç bir maddi vəsait qəbul edə bilməyəcək və  müqavilə, qərar olmadan 200 manatdan yuxarı maliyyə alınarsa, əmlak müsadirə olunmaqla yüksək cərimələr tətbiq ediləcək.

Xatırladaq ki, vətəndaş cəmiyyəti nümayəndələri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə birgə müraciət göndərərək onu bu dəyişikliyi imzalamamağa çağırmışdı.

Previous Post

Bəyanat: RATI jurnalist Əvəz Zeynallının azadlıqdan məhrum edilməsini pisləyir

Next Post

Əvəz Zeynallı 9 il azadlıqdan məhrum edildi

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.