Əvəz Zeynallı və vəkilinin apellyasiya şikayəti üzrə proses keçirilib

579556_553424521344056_334107310_n

Fevralın 27-də Bakı Apellyasiya Məhkəməsində hakim Ülvi Mayılovun sədrliyi ilə “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının və onun vəkili Elçin Sadıqovun apellyasiya şikayəti üzrə proses keçirilib. Şikayət Bakı İstintaq Təcridxanasına qarşı “vəkillə görüşlərdə axtarış aparılmasının, vəkilə təqdim edilmiş ərizənin ələ keçirilməsinin və geri qaytarılmamasının qanunsuz hesab edilməsi” barədə iddia tələbinin təmin edilməməsi ilə bağlı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 09 oktyabr 2012-ci il tarixli qərarından verilib.

Bakı İstintaq Təcridxanasında saxlanılan Əvəz Zeynallı məhkəməyə gətirilmədiyindən, vəkil Elçin Sadıqov onun məhkəmədə iştirakının təmin edilməsi barədə vəsatət qaldırıb. Hakim Ü. Mayılov vəsatəti təmin edib və proses qeyri-müəyyən vaxta qədər təxirə salınıb.

Xatırladaq ki, Əvəz Zeynallı Milli Məclisin sabiq deputatı Gülər Əhmədovanın şikayəti ilə 2011-ci il oktyabrın 28-də həbs edilib. Korrupsiyaya Qarşı Mübarizə İdarəsində baş redaktor barəsində Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanıb. Daha sonra isə ona qarşı Cinayət Məcəlləsinin 306-cı (məhkəmə qərarlarını icra etməmə) və 213.1-ci  (vergidən yayınma) maddələri ilə ittiham irəli sürülüb.

Bir çox beynəlxalq və yerli hüquq müdafiə təşkilatları bu ittihamları saxta hesab edir və Əvəz Zeynallının hakimiyyətə qarşı tənqidi yazlılarına görə həbs olunduğunu bəyan edirlər.

Previous Post

Gənc fəal Facebook-da yazdığı statusa görə polisə çağırılıb

Next Post

Hilal Məmmədov vəkillərinə məhkəmədə danışmağı qadağan edib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.