Bu gün (30 sentyabr) Bakı Apellyasiya məhkəməsində hakim Camal Ramazanovun sədrliyi ilə Adolf Hitlerin "Mənim savaşım" kitabının tərcüməsinə görə Milli Təhlükəsizlik Nazirliyində "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallıya qarşı qaldırılmış cinayət işi ilə bağlı Nərimanov rayon məhkəməsinin çıxardığı hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Prosesdə Əvəz Zeynallı və onun vəkili Həbib Əliyev, dövlət ittihamçısı Bəşir Cəfərov iştirak edirdilər. Ə. Zeynallı çıxış edərək bildirdi ki, adıçəkilən kitabı Azərbaycan dilinə tərcümə etdiyinə görə onun barəsində cinayət işi açılmasının əslində heç bir hüquqi əsası yoxdur. O, qaldırılmış cinayət işi ilə bağlı ona tam bəraət verilməsini və müsadirə olunmuş kitabların geri qaytarılmasını istədiyini bildirdi.
Dövlət ittihamçısı Bəşir Cəfərov isə cinayət işinin başlamasına kifayət qədər əsas olduğunu bildirərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
Hakim apellyasiya şikayətinin təmin edilməməsi barədə qərar verdi.
Xatırladaq ki, Adolf Hitlerin "Mənim Savaşım" kitabının tərcüməsinə görə Ə.Zeynallıya qarşı 2004-cü ilin dekabr ayında MTN-də Cinayət Məcəlləsinin 283.1 maddəsi ilə cinayət işi qaldırılmış və 2005-ci ilin fevral ayında əməldə cinayət tərkibi olmadığına görə işə xitam verilmişdi. 2007-ci ilin may ayında isə kitab ikinci dəfə çap olunan zaman cinayət işi Baş Prokurorun birinci müavini Rüstəm Usubov tərəfindən yenilənərək, yenidən MTN-in İstintaq İdarəsinə göndərilmiş və həmin ilin oktyabr ayında cinayət işinin istintaqı yekunlaşaraq, baxılması üçün Nərimanov rayon Məhkəməsinə göndərilmişdi. 29 iyul 2009-cu ildə Nərimanov rayon məhkəməsində Əvəz Zeynallının Cinayət Məcəlləsinin 283.1 maddəsi ilə cəza təyin edilmədən təqsirli bilinməsi və cinayət işinə xitam verilmişdi. Əvəz Zeynallı isə tam bəraət verilməsi üçün apellyasiya şikayəti verib.