“TURAN SERVİS” RƏHBƏRİNİN APELLYASİYA ŞİKAYƏTİ ÜZRƏ PROSES KEÇİRİLİB

Bu gün (30 sentyabr) Bakı Apelyasiya Məhkəməsində hakim Sərvət Hüseynovun sədrliyi ilə  “Turan Servis”  MMC-nin direktoru Samir İsmayılovun  Vergilər Nazirliyinə və Bakı Şəhər Vergilər Departamentinə qarşı qaldırdığı iddiaya əsasən 1 saylı Bakı İqtisad Məhkəməsinin 29 may tarixində çıxardığı hökmdən hər iki tərəfin verdikləri  apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirildi.

 

     Prosesdə  iddiaçı “Turan Servis” MMC-nin direktoru Samir İsmayılov və onun nümayəndəsi, Media Hüququ İnstitutunun vəkili Elçin Sadıqov, cavabdehlərdən  Vergilər Departamentinin hüquqşünası Nəsib Nəbiyev və Vergilər Nazirliyinin nümayəndəsi Günay Cəfərli iştirak edirdilər.

     E. Sadıqov iddianın tam təmin olunması, məhkəmə xərclərinin cavabdehlərdən tutulması və qarşı tərəfin apelyasiya şikayətinin təmin edilməməsini məhkəmədən xahiş etdi.

     VN-nin nümayəndəsi G. Cəfərli şirkətdə aparılan  audit  yoxlama ilə bağlı verilən suallara əsas yoxlayıcının cavab verə biləcəyini əsas gətirərək, onun məhkəmədə iştirakının təmin olunmasını məhkəmədən xahiş etdi.

Hakim S.Hüseynov prosesi 5 oktyabr saat 15:00-a təyin etdi.

 

     Xatırladaq ki, iddiaçı “Turan Servis” Şirkətinin Bakı şəhər VD-inə qarşı Səyyar vergi yoxlamasının keçirilməsi barədə 0801020031979300 №-li bildirişin, Səyyar vergi yoxlıamsının keçirilməsi haqqında 07.07.3008-ci il tarixli 08000100148398 №-li qərarın, Səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarın müddətinin uzadılması haqqında olan 17.09.2008-ci il tarixli 08001700692341 №-li qərarın, Səyyar vergi yoxlamsı haqqında 18.09.2008-ci il tarixli 08000102683297 №0-li AKT-ın etibarsız hesab edilərək ləğv edilməsi, iddiaçıdan tutulmuş 972 manat 54 qəpik pul məbləğinin ona geri qaytarılması, vurulmuş maddi zərərə görə iddiaçıya 7000 manat, iddiaçının çəkdiyi məhkəmə xərclərinə görə 2000 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməsi, icranın dayandırılması barədə məhkəmə qərardadı olduğu halda cavabdehin iddiaçının bank hesablarına yeni sərəncamlar qoyması və iddiaçının hesabından pul sildirməsinin qanunsuz hesab olunmağını tələb edir. 29 may 2009-cu ildə 1 saylı Bakı İqtisad Məhkəməsi  qismən təmin edilməsi barədə qərar çıxarılıb. 

 

 

 

Previous Post

İCTİMAİ BİRLİK SƏDRİNİN APELLYASİYA ŞİKAYƏTİ TƏMİN EDİLMƏDİ

Next Post

ƏVƏZ ZEYNALLININ APELLYASİYA ŞİKAYƏTİ TƏMİN EDİLMƏDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.