ƏVƏZ ZEYNALLININ MƏHKƏMƏ PROSESİ TƏXİRƏ SALINDI

Bu gün (11 iyul) Bakı Ağır Cinayətlər məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə “Xural” qəzetinin baş redaktoru   Əvəz Zeynallının işi üzrə keçirilməli olan proses təxirə salınıb.

Proses saat 11.00-a təyin olunmuşdu. Proses iştirakçıları, Əvəz Zeynallının özü və yaxınları, beynəlxalq və yerli hüquq-müdafiə təşkilatlarının nümayəndələri, jurnalistlər məhkəmə zalında 1 saatadək gözləyiblər. Daha sonra hakimlər kollegiyası sədr olmadan məhkəmə zalına gələrək, Ramella Allahverdiyevanın xəstələnməsi səbəbi ilə prosesin 18 iyul saat 11.00-dək təxirə salındığını bildiriblər.
Xatırladaq ki, qəzetin baş redaktoru Əvəz Zeynallı Milli Məclisin deputatı Gülər Əhmədovanın şikayəti ilə 2011-ci il oktyabrın 28-də həbs edilib. Korrupsiyaya Qarşı Mübarizə İdarəsində baş redaktor barəsində Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanıb. Daha sonra isə ona qarşı Cinayət Məcəlləsinin 306-cı (məhkəmə qərarlarını icra etməmə) və 213-1-ci  (vergidən yayınma) maddələri ilə ittiham irəli sürülüb. Bir çox beynəlxalq və yerli hüquq müdafiə təşkilatları bu ittihamları saxta hesab edir və Əvəz Zeynallının hakimiyyətə qarşı tənqidi yazlılarına görə həbs olunduğunu bəyan edirlər.
 
Previous Post

HÜQUQ MÜDAFİƏÇİSİ TALEH XASMƏMMƏDOVUN APELLYASİYA ŞİKAYƏTİ ÜZRƏ PROSES KEÇİRİLİB

Next Post

RATİ İRANDA HƏBS EDİLMİŞ AZƏRBAYCANLI ŞAİRLƏRİ AZAD ETMƏYƏ ÇAĞIRIR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.