İyulun 10-da Şirvan Apellyasiya Məhkəməsində hakim İsmayıl Əhmədovun sədrliyi ilə "Qanun və Hüquq-2010" MMC-nin sədri, hüquq müdafiəçisi, bloger Taleh Xasməmmədovun və qarşı tərəfin verdiyi apellyasiya şikayəti üzrə proses keçirilib.
Prosesdə Taleh Xasməmmədov, vəkili Əsabəli Mustafayev, dövlət ittihamçısı Siyavuş Sadıqov, şikayətçi polis zabitləri – Nazim Əhmədov, Mahir İsayev və Zahid Məmmədov iştirak ediblər.
Prosesdə tərəflərin çıxışları dinlənilib. Şikayət verən polis zabitləri Kürdəmir rayon məhkəməsinin qərarı ilə razılaşmadıqlarını deyərək, Xasməmmədova verilmiş 4 il həbs cəzasının 5 ilə dəyişdirilməsini istəyiblər.
Taleh Xasməmmədov isə çıxışında günahsız olduğunu, peşə fəaliyyəti ilə əlaqədar şərlənərək saxta ittihamlarla həbs olunduğunu və bəraət istədiyini deyib.
Vəkil Əsabəi Mustafayev Taleh Xasməmmədiv barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatət qaldırıb. Dövlət ittihamçısı vəsatətə etirazını bildirib və vəsatət qəbul olunmayıb.
Hakim iş vaxtının bitdiyini deyərək, prosesi 18 sentyabr saat 11.00-a təyin etdiyini élan edib.
Xatırladaq ki, Taleh Xasməmmədov 2011-ci il noyabrın 12-də həbs olunub. O polisin otağında xuliqanlıq etməkdə günahlandırılır və barəsində Cinayət Məcəlləsinin 221.2 (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə müqavimət göstərməklə xuliqanlıq) və 221.3 (silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq) maddələri ilə cinayət işi açılıb. Daha sonra isə ona qarşı 315-ci (hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə və ya müqavimət göstərmə) maddəsi üzrə ittiham irəli sürülüb. Aptelin 20-də Kürdəımir rayon məhkəməsi onun 4 il azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb. Taleh Xasməmmədov və qarşı tərəfin verdikləri apellyasiya şikayəti eyni icraatda birləşdirilib.