ƏVƏZ ZEYNALLININ 10 AY BUNDAN ÖNCƏ TƏXİRƏ SALINMIŞ MƏHKƏMƏSİ BU GÜNLƏRDƏ DAVAM EDƏCƏK

“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının 10 ay bundan öncə təxirə salınmış məhkəmə prosesi bu gün  (03 sentyabr) davam etməli idi.

Amma Zeynallıya bu barədə xəbər verilmədiyi üçün və onun bu səbəbdən prosesdə iştirak etməməsinə görə proses sentyabrın 15-ə qədər təxirə salınıb.   Bu barədə RATİ-yə Zeynallının özü məlumat verib.
Xatırladaq ki, baş redaktor haqqında Cinayət Məcəlləsinin 283-cü maddəsi ilə (irqi, dini, milli ayrı-seçkilik salmaq) cinayət işi açılıb. Bu iddiaya səbəb  isə Adolf Hitlerin "Mənim savaşım" kitabının  Ə. Zeynallı tərəfindən Azərbaycan dilinə tərcümə olunması və kitabdan parçaların "Xural" qəzetində dərc olunması olub. Zeynallıya qarşı qaldırılmış cinayət işinə Nərimanov rayon Məhkəməsində hakim Turqay Hüseynovun sədrliyi ilə baxılırdı.  
Kitab isə Zeynallının vəsatəti ilə Ədliyyə Nazirliyinin geniş ekspertizasına göndərilmişdi.
Previous Post

HAKİMİYYƏT BİRBAŞA PEYK YAYIMINA QADAĞA QOYUB

Next Post

AQİL XƏLİLLƏ SERGEY STREKALİNİN APELLYASİYA MƏHKƏMƏSİ QEYRİ-MÜƏYYƏN VAXTA TƏXİRƏ SALINDI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.