HAKİMİYYƏT BİRBAŞA PEYK YAYIMINA QADAĞA QOYUB

“Müvafiq qanuinvericilik bazası olmadığından, habelə Azərbaycanın milli təhlükəsizlik maraqlarından çıxış edərək Azərbaycan hakimiyyəti xarici teleradio kampaniyalara 2008-ci il prezident seçkiləri dövründə birbaşa yayım üçün peyk avadanlıqlarından istifadəni və həmin avadanlıqların ölkəyə gətirilməsini qadağan edəcək.”

Bu barədə RATİ-yə Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli məlumat verib.
Məhərrəmlinin sözlərinə görə, xarici KİV-lər birbaşa yayım üçün icarə haqqı ödəməklə yerli teleradio kampaniyaların ötürücü avadanlığından istifadə edə biləcəklər.
RATİ-nin əməkdaşının MTRŞ və digər dövlət orqnlarının ötürücü peyk avadanlığının ölkəyə gətirilməsinə və istifadəsinə hansı qanunvericilik normaları əsasında qadağa qoyması ilə bağlı sualını cavablandıran Məhərrəmli yenə də bildirdi ki, qadağa avtomatik tətbiq olunur. Onun sözlərinə görə, çünki bu sahəni tənzimləyəcək müvafiq qanunvericilik yoxdur. 
RATİ əməkdaşının “hər hansı bir vacib sammit keçirildikdə və ya xarici ölkənin dövlət başçısı Azərbaycana gəldikdə bununla əlaqədar onlarla xarici telekanal (yəni ölkədə fəaliyyət göstərən 7 telekanalıdan başqa) ölkəyə gələrsə ötürücü avadanlığın gətirilməsi və istifadəsi mümkündürmü” sualına cavabında isə MTRŞ sədri bu halda qadağanın olmayaçağını söylədi. O həmçinin qeyd edib ki, futbol oyunlarını və ya digər idman hadisəsini işıqlandıran telekanallar ötürücü peyk avadanlıqlarını ölkəyə gətirə və onlardan istifadə edə biləcəklər. “Bir sözlə, biz, seçkilər dövründə avadanlığın gətirilməsinə və istifadəsinə qadağa qoyuruq”, – deyə Məhərrəmli vurğulayıb.
Peyk rabitəsi haqqında Qanunun qəbul edilməsi məsələsinə gəldikdə isə Məhərrəmli qeyd edib ki, bu parlamentin səlahiyyətindədir, qanun layihəsi üzərində isə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mütəxəssisləri işləyirlər.
Amma Məhərrəmli RATİ-nin “Hansı qanun əsasında yerli telekanallar ölkə daxilində peyk rabitəsi vasitəsilə birbaşa yayımlar apara bilərlər və bu xidmətləri hansı əsaslarla xarici telekanallara göstərə bilərlər” sualını cavablandıra bilmədi.

Previous Post

EMİN HÜSEYNOVUN İDDİASI ÜZRƏ APELLYASİYA MƏHKƏMƏSİNİN QƏRARINDAN KASSASİYA ŞİKAYƏTİ VERİLƏCƏK

Next Post

ƏVƏZ ZEYNALLININ 10 AY BUNDAN ÖNCƏ TƏXİRƏ SALINMIŞ MƏHKƏMƏSİ BU GÜNLƏRDƏ DAVAM EDƏCƏK

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.