“Yeni Müsavat” və “Azadlıq” qəzetləri arasında neçə gündən bəri davam edən kəskin polemikaya son qoyulub.
Hər iki qəzetin rəhbərliyi bu barədə razılığa gəliblər. Bu barədə “Musavat.com” saytı məlumat yayıb. Qeyd edək ki, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu konfliktlə bağlı “Azadlıq” qəzetinin hazırda məhbəsdə olan rəhbəri Qənimət Zahidə “İncitsək, bağışla” başlıqlı məqalə ilə müraciət etmişdi.
Qənimət Zahid isə məhbəsdən göndərdiyi məktubda barışıq missiyasını Rauf Arifoğlunun üzərinə qoymuş, çay masası arxasında oturaraq, qəzetlərin arasındakı ziddiyyətləri həll etməyə çağırmışdı.
Dünən Rauf Arifoğlu və “Azadlıq” qəzetinin direktoru Azər Əhmədov görüşərək yaranmış durum barədə müzakirə aparıblar. Görüşdə qərara alınıb ki, bundan sonra hər iki qəzet bir-birinə qarşı yazılar dərc etməkdən imtina etsinlər, peşə həmrəyliyinə sadiq olsunlar. Razılaşma bütün qəbildən, janrdan olan yazılara şamildir.