“Azadlıq fədailəri” adlı həftəlik qəzet artıq iki həftədir ki, öz nəşrini dayandırıb.
Bu haqda RATİ-yə məlumat verən qəzetin təsisçisi Təhmasib Novruzov bildirib ki, “qəzet mövcud maliyyə problemləri ilə əlaqədar olaraq bağlanıb”.
Bununla əlaqədar RATİ sözügedən qəzetin baş redaktoru Vüqar Qurdqanlı ilə əlaqə saxladı. V.Qurdqanlı RATİ-nin əməkdaşına bildirdi ki, “bu haqda məndə heç bir məlumat yoxdur. Çünki mən qəzetin bağlanmasından bir neçə gün əvvəl istefa vermişdim”.
Qeyd edək ki, “ANS”-lə “Azadlıq fədailəri” qəzetinin məhkəməsi hələ də davam edir. RATİ bununla əlaqədar “ANS”in vəkili Tofiq Hacıyevlə əlaqə saxladı. T.Hacıyev bildirdi ki, “qəzetin bağlanması onun məsuliyyətdən yayınması demək deyil. Hər kəs öz hərəkətlərinə cavab verməlidir. Biz öz iddiamızda israrlıyıq”. Keçən məhkəmədə qəzetin təsisçisi Təhmasib Novruzovu üçüncü şəxs kimi məsuliyyətə cəlb etdiklərini vurğulayan vəkil növbəti məhkəmə prosesinin 6 mart saat 11:00-da keçiriləcəyini söylədi.
Xatırladaq ki, "Ans press" Nəşriyyat Evi "Azadlıq fədailəri" qəzetini və qəzetin Allahverdi Nəbi adlı əməkdaşını qəzetin 28.11 – 01.12-2007-ci il tarixli sayında dərc edilmiş yazıya görə məhkəməyə verib. İddiaçı qəzetdə "ANS-in pornoqrafiyası" başlıqlı və "ANS hər zaman, hər yerdədir-tərbiyəsizliyi ilə" sərlövhəli məqaləsində yazılan yazıların həqiqətə uyğun olmadığını, yalan, alçaldıcı və təhqiredici məlumatlar olduğunu hesab edir. "Ans press" Nəşriyyat Evi məhkəmədən qəzetin təkzib verməsi, qəzetdən 50000 (əlli min) manatın tutulması, qəzetin əməkdaşı Allahverdi Nəbidən 10000 (on min) manatın tutulması haqqında qətnamə çıxarmasını xahiş edib.