JURNALİST PEŞƏ BORCUNU YERİNƏ YETİRƏRKƏN DÖYÜLÜB

Dünən saat 17:30 radələrində“Azadlıq” qəzetinin əməkdaşı Aqil Xəlil tanımadığı iki nəfər şəxs tərəfindən döyülüb.

Bu barədə RATİ-yə məlumat verən jurnalist bildirib ki, Binəqədi rayonu, 6-9-cu mikrorayon arasında yerləşən, “Zeytun bağları” adlanan ərazidə ağacların kəsilmə və yandırılması ilə bağlı reportaj hazırlamaq üçün həmin əraziyə gedib. Orada jurnalistə iki nəfər kişi yaxınlaşaraq, onun kim olduğunu və nə ixtiyarla fotolar çəkdiyini soruşublar. Jurnalist olduğunu deyən A. Xəlildən vəsiqə tələb ediblər. Sonra vəsiqəni jurnalistin əlindən alaraq, ona təzyiqlər göstərməyə başlayıblar. Təhqiramiz sözlərlə jurnalisti söyüblər. Daha sonra yerə yıxıb təpikləyərək sürüyüblər.
Əl barmağının sındığını və müxtəlif ağır xəsarətlər aldığını deyən əməkdaş həmin şəxslərin onu fotoaparatın naqili ilə boğmaq istədiklərini də  vurğuladı: “Onların məqsədi fotoaparatı mənim əlimdən almaq idi. Bu insident hardasa 10 dəqiqə davam etdi. Daha sonra fotoaparatı verəcəyimi dedikdə, bir az sakitləşdilər. Mən də əllərindən çətinliklə çıxıb, qaçdım. Onlar mənə çatmadılar”. A. Xəlil hadisə yerində şahidlərin  olduğunu və hadisənin lentə alındığını bildirdi. Jurnalistin sözlərinə görə, bu məsələ ilə bağlı Mətbuat Şurasına artıq müraciət edilib. Binəqədi ərazisində yerləşən polis bölməsinə  də təqdimat verilib. İşi müstəntiq Elnur Əliyev aparır.
RATİ-nin əməkdaşları bu gün adıçəkilən əraziyə gediblər. Oradan foto və videogörüntülər çəkilib. Hadisə yerində olan müstəntiq Elnur Əliyev bildirib ki, “hadisəni törədən şəxslərin fotoşəkilləri bizə artıq təqdim olunub. Və güman edirik ki, o şəxslər tapılacaq”.   

Previous Post

“AZADLIQ FƏDAİLƏRİ” QƏZETİ ÖZ NƏŞRİNİ DAYANDIRIB

Next Post

BƏYANAT

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.