BİR NEÇƏ JURNALİST MÜKAFATLANDIRILDI

Media Hüquqları Mərkəzinin Açıq Cəmiyyət İnstitutu – Yardım Fondunun maliyyə dəstəyi ilə jurnalistlər üçün elan etdiyi “Azərbaycan İnsan Hüquqlarının Vəziyyətinə Dair Jurnalist Tədqiqatları ” mövzusunda başlanmış müsabiqə yekunlaşıb.

Bu gün (26 may) Beynəlxalq Mətbuat Mərkəzində mükafatların təqdimat mərasimi keçirilib.
Media Hüquqları Mərkəzinin rəhbəri Mətanət Müslimqızının sözlərinə görə, 2008-ci ilin fevral ayının 15-də start verilən və  3 ay müddətində davam edən müsabiqəyə  mayın 15-də yekun vurulub.  Onun sözlərinə görə, münsiflər heyətinin  yekdil qərarına  əsasən müsabiqədə I yerə heç kim layiq görülməyib.
Beləliklə, II yerə Məlahət Rzayeva (Şərq qəzeti), III yerə Gülnur Rafiqqızı (Gəncə Media Mərkəzinin əməkdaşı), IV yerə Arzu Soltan (müstəqil jurnalist), V yerə Fərman Nəbiyev ( Mngəçevir işıqları qəzetinin baş redaktoru) və sonuncu VI yerə Etibar Seyidağa (Yeni Müsavat qəzetinin əməkdaşı) layiq görülüb.
Müsabiqədə iki əlavə  mükafat da olub.  Bu mükafata  3 ay müddətində daha çox insan haqları ilə bağlı problemləri gündəmə gətirib işıqlandıran 2 jurnalist layiq görülüb. Beləliklə I mükafata “Azadlıq” qəzetinin əməkdaşı Gültəkin Knyazqızına, II mükafata isə “Üç nöqtə” qəzetinin əməkdaşı Xalid Vahidoğlu layiq görülüb.
Tədbirin sonunda müsabiqənin  qalibləri  müxtəlif məbləğdə pul mükafatı və diplomlarla təltif olunublar.

Previous Post

“AZADLIQ” QƏZETİNİN ƏMƏKDAŞI ELEKTRON POÇT VASİTƏSİLƏ TƏHQİR OLUNUB VƏ HƏDƏLƏNİB

Next Post

EYNULLA FƏTULLAYEVİN AZAD OLUNACAĞINA ÜMİDİ QALMAYIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.