“AZADLIQ” QƏZETİ MİRZƏ SAKİTİN ŞEİRLƏRİNİ ÇAP ETMİR

oktyabr 12th, 2009
Satirik Şair Mirzə Sakitin şeirlərinin “Azadlıq” qəzetində nəşr olunmasına qoyulan qadağa ilə əlaqədar olaraq mübahisələr davam edir. Bu barədə RATİ-yə məlumat verən satirik bildirib ki, bütün baş verənlərin səbəbi qəzetin baş direktoru Azər Əhmədovla olan intriqadır:

“Həbsdən çıxandan sonra Azər Əhmədov mənə bildirdi ki, şeirlərində heç bir məmurun adını çəkmə. Mən ona heç bir ad çəkilməyən şeir təqdim etdikdə isə, o bildirdi ki, bu şeirlərdə söhbətin kimdən getdiyi bəlli olduğuna görə nəşr edə bilmərik”.
 M. Sakit həmçinin qeyd etdi ki, Azər Əhmədovun əsas məqsədi onu “Azadlıq” qəzetindən uzaqlaşdırmaqdır.
 “Azadlıq” qəzetinin baş direktoru Azər Əhmədov isə RATİ-yə bildirib ki, Mirzə Sakitlə onun arasında heç bir problem yoxdur: “Sakitin şeirləri ilə bağlı məsələ onun özünə, ailəsinə, qardaşı Qənimət Zahidə yaxşı məlumdur. O, “Azadlıq” qəzetinə görə 3 ilə yaxın həbsdə yatıb, buna görə də, onun əsəbiləşməsinə, kimisə qınamasına normal baxıram”.