MEDİA HÜQUQU İNSTİTUTU MƏTBUATIN ACINACAQLI DURUMU İLƏ BAĞLI MÜRACİƏT EDİB

oktyabr 12th, 2009
Media Hüququ İnstitutu (MHİ) Azərbaycan Respublikasının Prezidentinə, hökumətin yüksək vəzifəli şəxslərinə, Azərbaycan Parlamentinin rəhbərinə və millət vəkillərinə, bir sıra qeyri-hökumət qurumlarına müraciət ünvanlayıb.

“Son 3 gündə 4 jurnalistə yazılarına görə cinayət cəzası verilib. Son 3 ayda 8 jurnalistə həbs və külli-miqdarda  təzminat tələbləri irəli sürülüb. Son 9 ayda 24 jurnalistə həbs və yenə də inanılmaz məbləğdə mənəvi zərərin ödənilməsi tələbləri irəli sürülüb” – deyə müraciətdə vurğulanır. Bu acınacaqlı statistikanın qarşısının alınması ümidilə edilən müraciətə Qurum “Nüfuzun qorunması haqqında” qanun layihəsi təklifi də əlavə edib.
MHİ  hesab edir ki, qanunvericilikdə  aydın və dəqiq tənzimləmənin olması nüfuzun qorunması ilə bağlı məsələlərin düzgün və ədalətli həlli üçün, eləcə də ifadə azadlığının əsassız və mütənasib olmayan müdaxilələrdən qorunması üçün zəruridir.