AzTV-NİN PRODÜSERİ BASQIN BARƏDƏ XƏBƏRİ TƏKZİB ETDİ

13 mart tarixində “Azadlıq” qəzetinin redaksiyaya və qəzet rəhbərliyinin mobil telefonlarına hədələyici zənglər daxil olub.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) məlumatı “Azadlıq” qəzetinin baş direktoru Azər Əhmədov verib. Onun sözlərinə görə bu zənglərin səbəbi qəzetin 13 mart tarixli sayında dərc olunan "AzTV prodakşnlara bölünür" başlıqlı yazı olub: “Zəng edənlər ya yazı müəllifini kimliyini soruşur ya da hədə-qorxu gəlirdilər. Dünən isə "AzTV prodakşnlara bölünür" adlı yazıda adı çəkilməyən "Əkinçi" prodakşnın direktoru Şakir Eminbəyli redaksiyamıza gələrək, əvvəlcə məqalənin müəllifinin kimliyini soruşdu. Cavab almadıqda isə həm yazının müəllifini, həm də yazını dərc edənləri nalayiq söyüşlərlə təhqir edib, redaksiya rəhbərliyini "razborkaya" çağırıb".
Bu məsələyə aydınlıq gətirmək üçün Ş.Eminbəyli ilə əlaqə saxladıq. Onun sözlərinə görə, adıçəkilən məqalədə şəxsən onun adı çəkilməsə də vaxtılə təsisçisi olduğu şirkət haqqında danışılıb. Məqalədə danışılan “Əkinçi”nin prodakşn deyil, media qrup MMC olduğunu və şirkətin AzTV-nin nəzdnində olmadığını qeyd edən Ş. Eminbəyli, AzTV-də baş prodüser vəzifəsində çalışmağa başladığı vaxtan adıçəkilən şirkətdə çalışmadığını da bildirdi. 
Ş. Eminbəyli eyni zamanda "Azadlıq" qəzetinin redaksiyasına AzTV-nin nümayəndəsi kimi getmədiyini də bildirdi: “Mən ora öz etirazımı bildirmək üçün adi vətəndaş Şakir Eminbəyli kimi getmişəm və orada heç kimi "razborkaya" çağırmamışam. Sadəcə olaraq A.Əhmədovla redaksiyada yox küçədə söhbət eləmək istəmişəm".
Previous Post

MÜŞFİQ HÜSEYNOVUN MƏHKƏMƏ PROSESİ KEÇİRİLDİ

Next Post

HƏYAT YOLDAŞI QƏNİMƏT ZAHİDLƏ GÖRÜŞÜB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.