MÜŞFİQ HÜSEYNOVUN MƏHKƏMƏ PROSESİ KEÇİRİLDİ

Bu gün (17 mart) 2 saylı cəzaçəkmə müəssisəsində hakim Fatimə Miriyevanın sədrliyi ilə “Bizim Yol” qəzetinin şöbə redaktoru Müşfiq Hüseynovun səhhəti ilə əlaqədar cəzasının qalan müddətindən azad edilməsi ilə bağlı məhkəmə prosesi keçirilib.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) vəkil İsaxan Aşurov məlumat verdi. İ. Aşurovun sözlərinə görə, prosesdə cavabdeh tərəfin nümayəndəsi Ədliyyə Nazirliyinin Tibb baş idarəsi tərəfindən çıxış edən prokuror və  2 saylı cəzaçəkmə müəssisəsinin rəhbərliyi iştirak edirdilər. İ. Aşurov bildirdi ki, məhkəmə ekspertizanın təyin olunub – olunmaması məsələsini müzakirə edir. Belə ki, Miriyevanın sədrliyi ilə bu barədə qərar mart ayının 19-u elan olunacaq.
Qeyd edək ki, vəkil İsaxan Aşurov M.Hüseynovun səhhəti ilə əlaqədar cəzasının qalan müddətindən azad edilməsi xahişi ilə  mart ayının 5-i Əzizbəyov Rayon Məhkəməsinə ərizə təqdim etmişdi. Onun sözlərinə görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 78-ci və Cəzaların İcrası Məcəlləsinin 167-ci maddəsinə əsasən məhkəmə belə bir qərar qəbul edə bilər.
Xatırladaq ki, Müşfiq Hüseynov Cinayət Məcəlləsinin 311.1-ci maddəsi (rüşvət alma) ilə ittiham edilərək Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmənin 21 yanvar 2008-ci il tarixində çıxardığı qərar ilə 6 il müddətinə azadlıqdan və 2 il müddətinə jurnalist fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsinin 04 aprel 2008-ci ildə çıxardığı qərara əsasən jurnalistin həbs müddəti bir il azaldılaraq, beş ilə endirilib.
Previous Post

EMİN HÜSEYNOVUN İDDİASI ÜZRƏ MƏHKƏMƏ PROSESİ KEÇİRİLDİ

Next Post

AzTV-NİN PRODÜSERİ BASQIN BARƏDƏ XƏBƏRİ TƏKZİB ETDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.