AZADLIQ QƏZETİNİN SİYASİ ŞƏRHÇİSİ TƏXMİNƏN 6 SAAT POLİSDƏ SAXLANILIB

Aprelin 8-də AXCP Mətbuat Xidmətinin rəhbəri və “Azadlıq” qəzetinin siyasi şərhçisi Natiq Ədilov saat 15:00-dan  Səbail rayon Polis İdarəsinə çağırılıb.

Polis İdarəsinin qarşında müxalifət partiyaları  və media nümayəndələri də olublar.

Belə ki, Natiq Ədilov axşam saat 20:30-a qədər  polisdə saxlanılıb və sonra sərbəst buraxılıb. Ona  əsasən İctimai Palatanın  2 aprel mitinqi ilə bağlı suallar verilib.

“Saat 13:00-da telefonuma zəng gəldi və özünü Səbail Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin rəisi Emin kimi təqdim edən şəxs məni dindirməyə dəvət etdiyini bildirdi. Deyilən vaxtda polis idarəsində oldum. Məni bir saat 40 dəqiqə gözlətdilər. Sonra Baş prokurorluğun cinayət istintaq şöbəsindən Rövşən Ağayev adlı müstəntiq gəldi və məndən şahid qismində ifadə alındı. Söhbət əsasən 2 aprel mitinqindən, onun təşkilatçılarından və bunun nə məqsədlə edilməsi barədə getdi. Məndən səsləndirdiyim “İlhama istefa!” şüarında hansı İlhamı nəzərdə tutduğumu soruşduqda, mən də hal-hazırkı prezidentimizi nəzərdə tutduğumu bildirdim.  Dindirmə başa çatdıqdan sonra da məni əsassız olaraq iki saat gözlətdilər, sonra da sərbəst buraxdılar”,  – deyə Azadlıq qəzetinin siyasi icmalçısı  bildirdi.

 

Previous Post

SƏBAİL RAYON POLİS İDARƏSİNİN QARŞISINDA JURNALİSTLƏR POLİS TƏZYİQİNƏ MƏRUZ QALIBLAR

Next Post

ANS TELEŞİRKƏTDƏKİ İSTEFALARA MÜNASİBƏT BİLDİRDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.