“AZADLIQ” QƏZETİ GÜLƏR ƏHMƏDOVANIN FİKİRLƏRİNİ TƏKRAR DƏRC EDƏCƏK

Mətbuat Şurasının (MŞ) Şikayətlər üzrə  Komissiyasının 8 may 2009–cu ildə keçirilən iclasında millət vəkili Gülər Əhmədovanın “Azadlıq” qəzeti ilə bağlı şikayətinə baxılıb.

Bu barədə məlumatı Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) “Azadlıq” qəzetinin baş direktoru Azər Əhmədovun sözlərinə görə MŞ “Azadlıq” qəzetinin təkzib verməsi barədə qərar çıxarıb. “Məsələ ilə bağlı Gülər Əhmədovanın parlamentdəki çıxışını təkrar dərc edəcəyik. Çünki həmin çıxışdan belə məntiqi nəticə çıxır ki, millət vəkili “Gül bayramı”nın keçirilməsinə etiraz edir. Jurnalist də bu məntiqə söykənərək, çıxışı belə qiymətləndirib. Yəqin ki, çıxışın tam dərcindən sonra ictimaiyyət də bu məsələyə qiymət verəcək. Əgər şikayətçi bununla razılaşmasa, növbəti addımlar barədə düşünəcəyik“ – deyən Azər Əhmədov vurğuladı ki, məsələnin məhkəmə müstəvisinə çıxmamasına çalışacaqlar.
Xatırladaq ki, millət vəkili Gülər Əhmədova 28 apreldə Milli Məclisdə “mərhum prezident Heydər Əliyevin ad günü münasibətilə hər il may ayının 10-da qeyd olunan gül bayramına xərclənən vəsaitə böyük bir bağ salmaq olar” fikrini səsləndirib. “Azadlıq” qəzetinin 29 aprel tarixli sayında isə bu çıxışa əsasən hazırlanmış “”Gül bayramı” ləğv olunsun” başlıqlı yazıda millət vəkilinin bayrama qarşı çıxdığı vurğulanıb. Millət vəkili də fikirlərinin təhrif olunduğunu iddia edərək Mətbuat Şurasına müraciət etmişdi.
Previous Post

XARİCİ İŞLƏR NAZİRLİYİ İNFORMASİYA SORĞUSUNU CAVABLANDIRMAĞINA GÖRƏ MƏHKƏMƏYƏ VERİLİB

Next Post

HƏYAT YOLDAŞI QƏNİMƏT ZAHİDLƏ GÖRÜŞÜB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.