HƏYAT YOLDAŞI QƏNİMƏT ZAHİDLƏ GÖRÜŞÜB

Dünən (11 may) Ayəndə Mürsəliyeva 17 saylı cəzaçəkmə müəssisəsində həbsdə olan  həyat yoldaşı, “Azadlıq “ qəzetinin baş redaktoru Qənimət Zahidlə (Zahidov) görüşüb.

Bu barədə məlumatı Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) A.Mürsəliyeva verib. Onun bildirdiyinə görə, Q.Zahid saxlanma şəraitindən və səhhətindən narazılıq etməyib. A.Mürsəliyeva baş redaktorun davamlı olaraq mütaliə ilə məşğul olduğunu və artıq ingilis dilində sərbəst oxuya bildiyini də dedi. “Q.Zahid mətbuat və jurnalistika məsələləri ilə bağlı Mətbuat Şurasının ( MŞ ) sədri Əflatun Amaşovla görüşmək istəyir “ – deyən A.Mürsəliyeva əlavə etdi ki, həyat yoldaşı siyasi məruzəçi Kristofer Ştrasselin Azərbaycana səfərinin payıza təxirə salınmağından təəccüblənib.
Xatırladaq ki, Qənimət Zahid ( Zahidov ) CM-nin 127.2.3 (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az zərər vurma) maddəsi ilə ittiham olunaraq 3 il 6 ay, CM-nin 221-ci maddəsi ilə ittiham edilməklə isə 6 ay olmaqla ümumiyyətlə, 4 il müddətinə azadlıqdan məhrum edilib.
Previous Post

“AZADLIQ” QƏZETİ GÜLƏR ƏHMƏDOVANIN FİKİRLƏRİNİ TƏKRAR DƏRC EDƏCƏK

Next Post

İCRA BAŞÇISI VƏ VƏTƏNDAŞ QARŞILIQLI İDDİALARLA MƏHKƏMƏYƏ MÜRACİƏT EDİBLƏR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.