Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası Xarici İşlər Nazirliyini ( XİN ) məhkəməyə verib.
Bu barədə məlumatı Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna ( RATİ ) Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov verib. Onun bildirdiyinə görə, iddiaya səbəb XİN-in sözügedən təşkilatın informasiya sorğusunu cavablandırmamasıdır. “Azərbaycan hökumətinin iyunun 13- dən 31-dək Cenevrədə keçiriləcək İnsan Hüquqları Komitəsinin 96-cı sessiyasına təqdim etdiyi hesabat barədə XİN-dən məlumat almaq istəsək də, sorğuya cavab ala bilməmişik” – deyən S.Məmmədov qeyd etdi ki, iddia mayın 6-da Yasamal rayon məhkəməsinə təqdim edilib.