“AZADLIQ” QƏZETİNİN KASASİYA ŞİKAYƏTİ TƏMİN EDİLMƏDİ

Bu gün (07 may) Ali Məhkəmədə hakim Vafəddin İbayevin sədrliyi ilə Müdafiə Nazirliyinin “Azadlıq” qəzetinə qarşı qaldırdığı iddia əsasında Apelyasiya Məhkəməsinin çıxardığı qərardan verilmiş kasasiya şikayətinə baxılıb.

Prosesdə qəzetin iddiası təmin edilməyib. Bu barədə RATİ-yə qəzetin vəkili Elçin Sadıqov məlumat verib.
Xatırladaq ki, Müdafiə Nazirliyi “Azadlıq” qəzetinə qarşı Yasamal rayon Məhkəməsində iddia qaldırmışdı. İddiaya səbəb qəzetdə dərc olunan “Ucuz ət müəmması” başlıqlı məqalə olub. Məhkəmə qəzetin 20 min AZN həcmində cərimələyərək iddiaçının hesabına ödənilməsi haqqında qətnamə çıxarmışdı. Sonradan qəzet apelyasiya şikayəti verilmişdi və Apelyasiya Məhkəməsi iddianı qismən təmin edərək cəriməni  10 min AZN-ə  endirmişdi.

Previous Post

“MÜŞFİQ HÜSEYNOVUN ADI AVROPA STRUKTURLARINDA SİYASİ MƏHBUS KİMİ QEYDƏ ALINIB”

Next Post

RAMİZ MEHDİYEV BEYNƏLXALQ TƏŞKİLATLARI TAPŞIRIQLA BƏYANAT VERMƏKDƏ İTTİHAM EDİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.