RAMİZ MEHDİYEV BEYNƏLXALQ TƏŞKİLATLARI TAPŞIRIQLA BƏYANAT VERMƏKDƏ İTTİHAM EDİR

may 7th, 2008

“Azərbaycanda mətbuat azadlığının vəziyyəti ilə bağlı beynəlxalq təşkilatların bəyanatları çox vaxt tapşırıq əsasında verilir. Mən bunu belə qiymətləndirirəm”.

APA-nın məlumatın görə, bunu Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev bu gün jurnalistlərə söhbəti zamanı deyib.
          Mehdiyev müxtəlif beynəlxalq qurumların, habelə bəzi dövlətlərin Azərbaycan mətbuatının vəziyyətinin ağır durumda olması ilə bağlı verdikləri bəyanatların real faktlara əsaslanmadığını iddia edib: “Əgər Avropa dövlətlərinin daxilində olan münasibətləri götürsək, bu mənada Azərbaycan heç də həmin ölkələrindən geridə qalmır. Bu yaxınlarda Azərbaycanda olan AŞ PA nümayəndəsi açıq şəkildə bildirdi ki, hazırda İngiltərədə istənilən şəxsi heç bir səbəb göstərmədən 90 gün ərzində həbsdə saxlamaq mümkündür. Bunun üçün İngiltərə parlamenti müvafiq qanun qəbul edib”, – deyə bildirən Mehdiyevə görə, Azərbaycanda həbsdə olan jurnalistlər peşə fəaliyyətinə görə deyil, törətdikləri cinayətə görə cəzalandırılıblar.