“AZADLIQ PLUS” “AZADLIQ” QƏZETİNİN XÜSUSİ BURAXILIŞI DEYİL

Bir çox qəzet köşklərində “Azadlıq” qəzetini istəyən alıcılara “Azadlıq plus” adlı qəzet də qəzetin əlavəsi kimi verilir.

Bu barədə RATİ-yə məlumat verən qəzetin direktoru Azər Əhmədov bildirib ki, bu məqsədli şəkildə qəzetə qarşı atılan addımdır:

         “Aqil Mahmudov adlı şəxs bir il bundan əvvəl bizdə işləyirdi. Qəzetimizdən çıxandan sonra o, öz qardaşı Arif Mahmudovla birgə “Azadlıq plus” qəzetini nəşr elədi. Daha doğrusu bu qəzeti onlara hakimiyyət nəşr elətdirib və bu addım düşmənçilik məqsədi daşıyır”, – deyə qeyd edən A.Əhmədova görə, həmin qəzet eynən “Azadlıq” qəzetinin surətidir.
         “Amma adıçəkilən qəzetdə bizdən fərqli olaraq yalanlar, böhtanlar baş alıb gedir. Alıcılara o qəzetləri “Azadlıq”ın xüsusi buraxılışı kimi sırıyırlar. Biz bu barədə qəzet satıcılarını xəbərdar etmişik. Əgər bu hal davam edəcəksə biz təxribatçıları, həm də o qəzeti “Azadlıq” ın əlavəsi kimi satanları məhkəməyə verəcəyik”, – deyə o, vurğuladı.
         RATİ-nin şəhərin mərkəzində qəzet satışı məntəqələrində apardığı araşdırmaya görə, həqiqətən də belə bir hal mövcuddur və sözügedən qəzet həftədə bir dəfə köşklərdə peyda olur.

Previous Post

DAHA BİR QƏZET MƏHKƏMƏYƏ VERİLDİ

Next Post

MƏQALƏYƏ GÖRƏ “AZADLIQ” QƏZETİ MƏHKƏMƏYƏ VERİLƏ BİLƏR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.