DAHA BİR QƏZET MƏHKƏMƏYƏ VERİLDİ

aprel 22nd, 2008
Bu gün (22 aprel) Yasamal Rayon Məhkəməsinin hakimi Xəqani Tağıyevin sədrliyi ilə iş adamı Eldar Məmmədəliyevin təhqir və böhtan, şərəf və ləyaqətin alçaldılması iddiası ilə  “Təhqiqat” qəzetinə qarşı qaldırdığı iddia əsasında məhkəməyə hazırlıq iclası keçirildi. 

Prosesdə qaldırılmış iddianı vəkili Ceyhun Cəfərov, qəzeti isə vəkil Əsgər Qasımlı müdafiə edəcək. Proses mayın 5-i saat 17:00-a təyin edilib.

           Qeyd edək ki, iddiaya səbəb qəzetin 20-30 dekabr 2007-ci il tarixli sayında “Qara gədələrin Türkmənistan və Azərbaycandakı qara əməlləri“ başlıqlı məqalə olub. İddiaçı məhkəmədən qəzetin təkzib verməsini və 10 000 AZN məbləğində cərimələnməsini xahiş edir.