“AZADLIQ” QƏZETİ VƏ NATİQ CAVADLI GERD BUCERİUS MÜKAFATINA LAYİQ GÖRÜLÜB

Bu gün Oslo (Norveç) Nobel İnstitutunda  Şərqi Avropada Mətbuat Azadlığı Uğrunda Gerd Bucerius mükafatının və Rusiyada Mətbuat Azadlığı uğrunda Stiftelsen Fritt Ord mükafatının təqdimetmə mərasimi keçirilib.

Azərbaycandan “Azadlıq” qəzeti və “Bizim Yol” qəzetinin müxbiri Natiq Cavadlı Şərqi Avropada Mətbuat Azadlığı Uğrunda Gerd Bucerius mükafatına layiq görülüblər. KİV kimi “Azadlıq” qəzetinə 30, 000 avro, müstəqil jurnalist kimi “Bizim Yol” qəzetinin müxbiri Natiq Cavadlıya isə 10, 000 avro verilib.
Şərqi Avropada Mətbuat Azadlığı Uğrunda Gerd Bucerius mükafatına layiq görülən digər nümayəndələr  Belarusiyadan Novi Ças (KİV), Ermənistandan Mariana Qriqoryan (jurnalist) və Gürcüstandan Batumelebi (KİV) olublar.  
Rusiyada Mətbuat Azadlığı uğrunda Stiftelsen Fritt Ord mükafatı isə Zoya Svetovaya (jurnalist) və Roman Şleynova (redaktor) verilib. 
Norveçin Xarici İşlər Naziri Conas Gahr Stor, yazıçı Asni Seierstad, Stiftelsen Fritt Ordun Sədri Fransis Secerstad və digər yüksək səviyyəli qonaqlar mərasimdə iştirak ediblər.
 
Previous Post

EYNULLA FƏTULLAYEV «AMNESTY INTERNATIONAL» TƏRƏFİNDƏN MÜKAFATLANDIRILDI

Next Post

İFEX OSLODA 14-CÜ İLLİK TOPLANTISINI KEÇİRİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.