İFEX OSLODA 14-CÜ İLLİK TOPLANTISINI KEÇİRİR

Bazar ertəsi və çərşənbə axşamı Osloda (Norveç) Beynəlxalq İfadə Azadlığı Mübadiləsi (IFEX) Təşkilatı özünüifadə azadlığının Qlobal Forumu çərçivəsində özünün 14-cü İllik Ümumi Yığıncağını keçirdi. Yığıncaq zamanı təşkilatın idarəetmə və ictimai kampaniya məsələləri müzakirə edildi, Təşkilat Şurasına seçkilər keçirildi və yeni üzvlərin müraciətləri təsdiq edildi.

Yığıncaqda Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu (RATİ) tərəfindən irəli sürülən və bir çox İFEX üzvü tərəfindən imzalanan və qəbul edilən Azərbaycanda mətbuat azadlığının vəziyyəti haqqında müştərək müraciət bir neçə gündən sonra press-reliz şəklində yayılacaq.
Qeyd edək ki, Azərbaycandan iki təşkilat: Jurnalistlərin Həmkarlar İttifaqı və Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) IFEX-in üzvləridir. Lakin bu iki təşkilatdan, yalnız RATİ-nin iki üzvü – RATİ Sədri Emin Huseynov və RATİ-nin işçisi Sara Paulsworth Osloda keçirilən 14-cü İllik Ümumi Yığıncaqda iştirak edirdilər.
Yığıncaqda Jurnalistlərin Beynəlxalq Müdafiəsi Komitəsinin icraçı direktoru Coel Saymon,Dünya Mətbuat Azadlığı Komitəsinin icraçı direktoru Markam Benç, Jurnalistlərin Beynəlxalq Federasiyasının baş katibi Aydan Vayt, “Article 19” təşkilatının icraçı direktoru Anies Kalamard və bir çox yerli və beynəlxalq media qurumlarının nümayəndələri iştirak edirdilər.
Beynəlxalq İfadə Azadlığı Mübadiləsi (IFEX) Təşkilatı söz  azadlığını müdafiə edən təşkilatların qlobal şəbəkəsidir. Şəbəkənin 80-dən çox üzvü var.
Previous Post

“AZADLIQ” QƏZETİ VƏ NATİQ CAVADLI GERD BUCERİUS MÜKAFATINA LAYİQ GÖRÜLÜB

Next Post

HƏBSDƏ OLAN AMİP FƏALI 5 GÜNDÜR ACLIQ AKSİYASINA BAŞLAYIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.