“Azadlıq” qəzeti cəriməni hissə-hissə ödəyə bilmək üçün məhkəməyə üz tutub

 1

“Azadlıq” qəzeti bir neçə iddia üzrə  çıxarılmış 65 min manat cərimənin hissə-hissə ödənilməsi  üçün Yasamal Rayon Məhkəməsinə müraciət edib.  Bu barədə bu gün (25 noyabr) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ)  qəzetin baş redaktorunun 1-ci müavini Rahim Hacıyev məlumat verib.

“Qəzet maddi çətinliklər çəkir. Biz 65 min manatı birdəfəlik ödəmək iqtidarında deyilik.  Azərbaycan Respublikasının qanunları icazə verir ki, məhkəmə bu cərimənin hissə-hissə ödənilməsi  barədə qərar çıxara bilər.  Qəzet hələ də ağır vəziyyətdədir. Nəşriyyat qeyri-rəsmi olaraq bu həftə  müəyyən məbləğin  ödənilməsini istəyir. Bildiyiniz kimi biz  yardım marafonundan toplanan 14 min manatı  nəşriyyata ödədik. Ancaq hələ nəşriyyata 12 min manat da ödəməliyik”, -deyə Hacıyev qeyd edib.

R. Hacıyev qeyd edib ki,  mətbuatın bütün problemləri siyasi iradə ilə bağlıdır və təəssüflər olsun ki, vəziyyətin düzəldilməsi üçün hər hansı addım atılmır.

Xatırladaq ki, “Azadlıq” qəzeti Bakı metrosunun rəisi Tağı Əhmədovun və iş adamı Kəbirə Məmmədovanın iddiaları üzrə 65 min manat məhkəmə cəriməsi ödəməlidir.  “Qasid” firması qəzetə olan borcunu ödəmir. Qəzetin isə “Azərbaycan” nəşriyyatına 12 min manat borcu var. Qəzetin bank hesabları bağlanıb və satış nöqtələrindən gələn vəsait bütünlüklə cərimələrin ödənməsinə yönəldilir.

Previous Post

(English) Still No Justice for Murdered Journalists in Azerbaijan

Next Post

MTN-də saxlanılan jurnalist aclıq aksiyasına başlayıb

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.