MTN-də saxlanılan jurnalist aclıq aksiyasına başlayıb

398327_525389854153700_112437647_n

Noyabrın 25-də Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanan “Bizim Yol” qəzetinin əməkdaşı, moderator.az saytının rəhbəri Pərviz Həşimli aclıq aksiyasına başlayıb. Bu barədə bu gün Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) jurnalistin vəkili Elçin Sadıqov məlumat verib.

E. Sadıqov qeyd edib ki, həbsdəki jurnalist  ailəsi ilə görüşə icazə verilmədiyi, insan həyatı üçün təhlükəli və insan ləyaqətini alçaldan şəraitdə saxlanıldığı, Bakı İstintaq Təcridxanasına köçürülmədiyi, müdafiə hüququnun həyata keçirilməsinə şərait yaradılmadığı və dövlət orqanlarına və məhkəmələrə özünün yazdığı şikayətlərin göndərilməməsinə etiraz olaraq aclıq aksiya başlayıb.

Vəkil onu da əlavə edib ki, jurnalistin səhhəti çox pisdir.

MTN-in ictimaiyyətlə əlaqələr mərkəzindən  Turan İnformasiya Agentliyinə bildirilib ki, Pərviz Həşimlinin aclığa başlaması ilə bağlı məlumat yoxdur.

Xatırladaq ki,  Pərviz  Həşimli sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin (MTN) keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. MTN-nin  İstintaq Baş İdarəsi ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahın və döyüş sursatının qaçaqmalçılığı) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə etmə, saxlama, daşıma) maddələri ilə cinayət işinə başlayıb. Sentyabrın 18-də Səbail rayon Məhkəməsi   Pərviz Həşimli  barəsində 2 aylıq  həbs qətimkan tədbiri seçib. Səbail Rayon Məhkəməsi noyabrın 7-də həbs müddətinin  daha 3 ay uzadılması barədə qərar verib.

Previous Post

“Azadlıq” qəzeti cəriməni hissə-hissə ödəyə bilmək üçün məhkəməyə üz tutub

Next Post

Jurnalist Fərəməz Novruzoğlu aclıq aksiyasına başlayıb

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.