BÖLGƏ MÜXBİRİ İZLƏNDİYİNİ BİLDİRİR

“Azadlıq” qəzetinin Gəncəbasar bölgə müxbiri Ərşad İbrahimli naməlum şəxs tərəfindən izlənməsi barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ)  məlumat verib. Onun sözlərinə görə, yanvarın 22-də Gəncə şəhər polisindən olduğunu deyən, amma adını gizli saxlayan bir nəfər  onunla telefon əlaqəsi saxlayaraq,  onun nəzarətə götürülməsi barədə xəbərdar edib.“Yanvarın 23-də səhər saatlarında isə mülki geyimdə olan bir nəfərin məni izlədiyini hiss etdim”- deyən İbarahimli əlavə edib ki, izlənmənin jurnalist fəaliyyəti ilə bağlı olduğunu düşünür. “Gəncədə keçmiş polis rəisi Rasim Musayevlə icra başçısı Elmar Vəliyevin davası haqda məlumatların mətbuata çıxmasında məndən şübhələnə bilərlər və izləmə də bununla bağlı ola bilər” – deyə jurnalist bildirib.

 

Previous Post

TURAN İNFORMASİYA AGENTLİYİNİN BAKI ŞƏHƏR İCRA HAKİMİYYƏTİNƏ QARŞI İDDİASI QİSMƏN TƏMİN EDİLİB

Next Post

ƏVƏZ ZEYNALLININ DÖVLƏT İTTİHAMÇISINA ETİRAZI QƏBUL EDİLMƏDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.