TURAN İNFORMASİYA AGENTLİYİNİN BAKI ŞƏHƏR İCRA HAKİMİYYƏTİNƏ QARŞI İDDİASI QİSMƏN TƏMİN EDİLİB

Yanvarın 23-də 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində hakim Vüsalə Baxışovanın sədrliyi ilə Turan İnformasiya Agentliyinin Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddiası üzrə məhkəmə prosesi keçirilib. Məhkəmə Turan agentliyinin iddiasını qismən təmin edərək İcra Hakimiyyətinin üzərinə qəzet köşklərinin sahibi və sayı haqqında məlumat vermək, həmçinin 10 manat məbləğdə məhkəmə xərclərini ödəmək öhdəliyi qoyub.Xatırladaq ki, Turan İnformasiya Agentliyi QASİD yayım firmasının köşklərinin dəyişdirilməsi, köşklərdən təyinatı üzrə istifadə edilməməsi, İH tərəfindən redaksiyalara dəyən ziyan və şəhər hakimiyyətinin respublika prezidentinin KİV-ə dövlət dəstəyi haqqında sərəncamlarının sabotajı haqqında rəsmi informasiya alınması üçün Bakı Şəhər İcra Hakimiyyətinə sorğu göndərsə də cavab ala bilmədiyi üçün məhkəməyə müraciət edib.

Agentlik məhkəmə qərarından apellyasiya məhkəməsinə şikayət vermək niyyətindədir.

Turan İA direktoru Mehman Əliyev məhkəmənin işə baxılması prosesini əsassız olaraq uzatdığını, praktiki olaraq meriyanın maraqlarını dəstəklədiyini hesab edir.

 

 

 

Previous Post

JURNALİST ARAZ QULİYEVİN MƏHKƏMƏSİ KEÇİRİLİB

Next Post

BÖLGƏ MÜXBİRİ İZLƏNDİYİNİ BİLDİRİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.