Azadlıq qəzeti yayımdan firmasından pulunu tələb edir

1

Mayın 5-də “Azadlıq” qəzetinin kollektivi “Qasid” yayım firmasının önündə növbəti piket keçirib. Piketə səbəb “Qasid”in qəzetə olan borcunu ödəməməsi olub. Firma qəzetə 68 min manat ödəməlidir.

“Qasid” yayım firmasının rəhbəri Mirkazım Kazımov etirazçıların önünə çıxaraq firmanın qəzetə borcu olmasını inkar etmədiyini deyib. Amma borcu qaytarmağa imkanın olmadığını vurğulayıb. O,  bunu firmanın özünün zərər içində olması ilə əlaqələndirib.

Qəzet əməkdaşları firma rəhbərinə redaksiyanın maliyyə böhranı yaşadığını, əmək haqqı ala bilmədiklərini, “Qasid”in qəzeti vədlərlə “yola verməsi”nin çıxış yolu olmadığını xatırladıblar. M.Kazımov qəzetə hər həftə borcun müəyyən hissəsini ödəməyə çalışacaqlarını vəd edib. Amma borcu tam şəkildə nə zaman ödəyə biləcəyi haqda heç nə deməyib.

Previous Post

Azərbaycan Hökuməti Müstəqil Mətbuata Təzyiqləri Dayandırmalıdır

Next Post

Jurnalistin məhkəməsi yekunlaşır

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.