Jurnalistin məhkəməsi yekunlaşır

398327_525389854153700_112437647_n

Mayın 5-də  Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə həbsdə olan “Bizim Yol” qəzetinin əməkdaşı və moderator.az saytının rəhbəri Pərviz Həşimlinin və onunla bərabər tutulan Təvəkkül Qurbanovun cinayət işi üzrə   məhkəmə  prosesi sənədlərinin araşdırılması  ilə davam edib. Hakim sübutların araşdırılması mərhələsində  ekspertiza  rəylərini oxuyub.

Bundan sonra hakim üzünü  təqsirləndirilən şəxslərə tutaraq bu  cinayət işi üzrə hər hansı dindirilmə, üzləşdirmə,  baxış  protokolları ilə bağlı sənədlərin elan  olunub- olunmasını soruşub.

Jurnalistin vəkili Bəhruz Bayramov ibtidai istintaq zamanı çəkilən videoçəkilişə baxmağı xahiş edib.

Məhkəmə heyəti 17 sentyabr 2013-cü il Təvəkkül Qurbanovla Pərviz Həşimlinin üzləşdirmə səhnəsinə  baxıb.  Jurnalist  bu videoçəkilşin təhrif olunduğunu  deyib.

Hakim məhkəmə istintaqını  bitmiş elan edib və dövlət ittihamçısı çıxış üçün vaxt istəyib.

Qeyd edək ki, növbəti proses mayın 12-də  dövlət ittihamçısının çıxışı ilə davam edəcək.

Xatırladaq ki, Pərviz Həşimli sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin (MTN) keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. MTN-nin İstintaq Baş İdarəsi ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahın və döyüş sursatının qaçaqmalçılığı) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə etmə, saxlama, daşıma) maddələri ilə cinayət işinə başlayıb. Daha sonra ona Cinayət Məcəlləsinin 228.2.2-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama-təkrar törədildikdə) maddəsi üzrə də ittiham irəli sürülüb.

Previous Post

Azadlıq qəzeti yayımdan firmasından pulunu tələb edir

Next Post

Anar Məmmədlinin işi üzrə proses davam edir

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.