Rahim Hacılı: İctimaiyyətə müraciət son çıxış yoludur

1

Mayın  22-də “Azadlıq” qəzetinin rəhbərliyi  qəzetin  düşdüyü ağır maliyyə durumu ilə bağlı RATİ-də mətbuat konfransı keçirib.

Qəzetin redaktoru Rahim Hacılı maliyyə baxımından qəzetin durumunu “olduqca ağır” kimi dəyərləndirib. O qeyd edib ki, 2012-ci ilin aprelindən “Qasid” yayım firması qəzetin satışından yaranan maliyyə vəsaitini qəzetə ödəməkdə problemlər yaşayıb.

“Hazırda firmanın qəzetə 70 min manat borcu olsa da, bunu ödəyə bilmir. Bu fakta etiraz olaraq qəzet kollektivi dəfələrlə firma önündə aksiyalar keçirib. “Qasid” rəhbərliyi hər dəfə aksiyada kollektivin önünə çıxaraq pulu ödəyəcəyi vədi versə də, bu söz olmaqdan o yana keçməyib. “Vəziyyətin ciddiliyini ifadə edə bilmək üçün deyim ki, ağır maliyyə durumu üzündən 30 nəfərlik kollektivin son 2 aylıq maaşları belə ödənməyib”, – deyə Hacılı qeyd edib.

R. Hacılı onu da əlavə edib ki,  qəzetin metroda satışına qadağa qoyulub, səyyar yayım məhdudlaşdırılıb, KİV-lərin İnkişafına Dəstək Fondu qəzetlə əməkdaşlığa son qoyub və faktiki olaraq qəzetin  bütün maliyyə mənbələri əlindən alınıb.

  “Qəzetin  çap olunduğu  “Azərbaycan” nəşriyyatı media qurumunun çapından imtina edir. Belə ki, qəzet “Qasid” yayım firmasından maliyyə vəsaitini ala bilmədiyi üçün nəşriyyata 18 min manat borcu yaranıb. Nəşriyyat rəhbərliyi buna görə qəzetin çapından imtina edir. “Qasid” hər həftə qəzetə ancaq 1 min manat pul ödəyir ki, bu da olduqca azdır. Buna görə də firmanın qəzetə borcu 70 min manata gəlib çıxıb”, deyə baş redactor müavini qeyd edib.

R.Hacılı mətbuat konfransı keçirməyin əsas məqsədinin qəzetin ağır durumu ilə bağlı ölkə ictimaiyyətinə müraciət etmək olduğunu söyləyib. “Bu son çarədir, başqa bir yolumuz da faktiki qalmayıb, ictimaiyyət ən ağır vaxtlarda “Azadlıq”a dəstək olub və ümid edirik ki, bu müstəqil qəzetin yaşaması naminə yenə də dəstəyini əsirgəməycək”, – deyə Hacılı bildirib.

Previous Post

Dövlət ittihamçısı Anar Məmmədliyə 9 il cəza istədi

Next Post

Bəşir Süleymanlı və Anar Məmmədli azadlıqdan məhrum edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.