Ali Məhkəmə “Azadlıq ” qəzetinin şikayətini təmin etməyib

1

İyulun 22-də Ali Məhkəmə “Binə” Ticarət Mərkəzinin sahibi Kəbirə Məmmədovanın iddiası əsasında “Azadlıq” qəzetinin 32 min manat cərimələnməsi barədə apellyasiya məhkəməsinin çıxardığı qərarın qüvvədə saxlanılması barədə qərar çıxarıb. Bu barədə bu gün (25 iyul) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) “Azadlıq”ın baş redaktorunun birinci müavini Rahim Hacıyev məlumat verib.
R. Hacıyevin sözlərinə görə, məhkəmə heç bir ciddi araşdırma aparmadan “Azadlıq” qəzetinin yüksək məbləğdə cərimələnməsi haqda qərarı qüvvədə saxlayıb.

“Məhkəmələr siyasi hakimiyyətin “Azadlıq” qəzetinə qarşı sanksiyalaşdırılmış qərarlarını elan etməklə məşğuldular. Qəzetin belə böyük məbləği ödəmək imkanında olmadığı hamıya bəllidir. Görünür, hakimiyyət bu yolla seçki öncəsi dövrdə qəzetin fəaliyyətinin dayandırılmasına nail olmaq istəyir”,-deyə Hacıyev əlavə edib.

Xatırladaq ki, “Azadlıq” qəzetində 7 iyul 2012-ci il tarixində “Kəbirə Məmmədovanın “Eurovision əməliyyatı” və 8-9 iyul 2012-ci il tarixində dərc olunmuş “Kəbirə Məmmədovanın yeni kupça əməliyyatı” başlıqlı məqalələrə görə “Binə” ticarət mərkəzinin sahibi Kəbirə Məmmədovanın Yasamal rayon Məhkəməsində qaldırdığı iddiaya əsasən 22 oktyabr 2012-ci il tarixində məhkəmə qəzetin təkzib verməsi və “Azadlıq” qəzetinin 30 min manat , yazıların müəllifi Ramin Dekonun isə 2 min manat cərimələnməsi barədə qərar çıxarıb. Fevral ayının 19-da Apellyasiya məhkəməsi əvvəlki instansiyanın qərarını qüvvədə saxlayıb.
Qeyd edək ki, “Azadlıq” qəzeti 1989-cu ilin dekabrın 24-dən çıxır və hal-hazırda gündəlik dərc olunan nəşrdir.

Previous Post

İcra başçısının oğlu jurnalistə qarşı ittihamı geri götürüb

Next Post

Azərbaycan hökuməti Xədicə İsmayılovaya qarşı çirkin hücumlara son qoymalıdır

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.