İcra başçısının oğlu jurnalistə qarşı ittihamı geri götürüb

İyulun 24-də Nəsimi rayon Məhkəməsində hakim İkram Şirinovun sədrliyi ilə Goranboy İcra Hakimiyyəti başçısı Nizaməddin Quliyevin oğlu Ramal Quliyevin  Jurnalist Araşdırma  Mərkəzinin (JAM) rəhbəri Fikrət Fərəməzoğluna qarşı  xüsusi ittiham qaydasında işə baxılması ilə bağlı iddiasına əsasən məhkəmə prosesi keçirilib. Bu barədə bu gün(24 iyul) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) F. Fərəməzoğlu məlumat verib.
F. Fərəməzoğlunun sözlərinə görə, bu gün keçirilən prosesdə ittiham tərəfi ittihamı geri götürdüklərini və yayılan xəbərlərin istinadı kimi göstərilmiş  sayt və xəbər portallarını məhkəməyə verəcəklərini bildiriblər.
“Hansı səbəbdən məhkəməyə verildiyim hələ də mənə aydın deyil. Əvvəla rayon və onun icra başçısı barəsində bu ilin  may ayından etibarən  “jam.az” saytında vaxtaşırı  getmiş məlumatların hamısının konkret mənbələri var. Üstəlik, həmin məqalələr ayrı-ayrı sayt və xəbər portallarından götürülüb ki, onların da altında istinadlar var. Ramal Quliyev hələ də anlaya bilməyib ki, bu məqalələrdə gedən məlumatların hamısının konkret mənbəyi var” –deyən jurnalist qeyd edib ki, Goranboyun icra başçısı Nizaməddin Quliyevin oğlunun əli ilə məhkəmələrə müraciət etməsinin səbəbi  onlar haqqında son dövrlər yazılan bir sıra ilginc məlumatlardır.
F. Fərəməzoğlu əlavə edib ki, görünür Nizaməddin Quliyev bu yazılanlardan ciddi şəkildə narahatdır və o səbəbdən qarşısına çıxan bütün jurnalistləri məhkəməyə verərək, mətbuatı susduracağını düşünür.
Previous Post

Prezident Administrasiyasının qarşısında olan aksiyada jurnalistlərə təzyiq edilib

Next Post

Ali Məhkəmə “Azadlıq ” qəzetinin şikayətini təmin etməyib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.