“Azadlıq ” qəzeti növbəti dəfə aksiya keçirib

 

 

 

 1

Noyabrın 29-da “Azadlıq” qəzeti “Qasid” Mətbuat Yayım Firmasının qarşısında növbəti etiraz aksiyası keçirdib. Aksiyada “Azadlıq” qəzetinin əməkdaşları və digər jurnalistlər iştirak ediblər. “Azadlığı boğmağa son qoyun!”, “Azadlıq Qasidin əli ilə boğulur!”, “Azad mətbuatı boğanlara ar olsun” və sair kimi şüarlar səsləndirərək, yayım firmasının qəzetə olan 56 min manat borcunun verilməsini tələb ediblər.

Rahim Hacıyev bildirib ki, bu proseslər il yarımdır davam edir.

“ “Qasid” Mətbuat Yayım Firması “Azadlıq” qəzetinin nüsxələrini satıb, lakin pullarını qaytarmır. Açıq şəkildə pullar mənimsənilir. “Qasid” firmasının bizə olan borcunu qaytarmaması nəticəsində qəzetin  böyük məbləğdə borcu yaranıb. Marafon keçirərək qısa müddətli olsa da vəziyyəti stabilləşdirdik. Lakin vəziyyət ağır olaraq qalır. Hakimiyyət qəzeti hər bir yolla  susdurmaq istəyir”,-deyə   Hacıyev qeyd edib.

Daha sonra aksiyaçılar “Qasid” Mətbuat Yayımı Firmasının direktor müavini Ağası İsmayılovla görüşüblər. A. İsmayılov qəzetə olan borcu ödəmək iqtidarında olmadıqlarını və bu haqda “Musavat”a bildirdiyini qeyd edib.

“”Biz  uzun müddətli borc götürməyi düşünürük və eyni zamanda başqa yollar da tapmağa çalışırıq. Mən onu da qeyd edim ki, qəzetin bağlanması üçün heç kimdən sifariş almamışıq. Firmanın direktoru olmadığı üçün onun əvəzindən heç nə deyə bilmərəm. Ancaq hesab edirəm ki,  direktor qayıtdıqdan sonra görüşüb məsələləri müzakirə etmək daha məqsədə uyğundur”,-deyə İsmayılov qeyd edib.

Aksiyada iştirak edən jurnalist Şahvələd Çobanoğlu qeyd edib ki, bu danışıqların necə getdiyini öncədən bilirdilər, çünki bundan əvvəl də bu tipli aksiyalar keçirilib.

“Biz təkcə qəzeti deyil, bütünlük də azad ifadəni qorumalıyıq. Biz istəyirik ki, bizim həqiqətləri bütün cəmiyyət görsün”,-deyə  Çobanoğlu qeyd edib.

Previous Post

KİV-ə Dəstək Fondu “Azadlıq” qəzetinə maliyyə yardımını dayandırıb

Next Post

Hüquq müdafiəçisi Vidadi İsgəndərli Göyçayda həbs edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.