Azadlıq qəzeti nəşriyyatdan borcları ödəmək barədə xəbərdarlıq alıb

1

“Azərbaycan” nəşriyyatı “Azadlıq” qəzetinə xəbərdarlıq məktubu göndərərək, 20 min manata yaxın borcunu ödəməsə, çapı dayandıracağını bildirib. Bu barədə bu gün (02 iyul) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) “Azadlıq” qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyev məlumat verib.

R. Hacıyevin sözlərinə görə, məktubda borcun ödənilməsi istənilir və bunun üçün qəzetə 1 həftə vaxt verilir.

“Məktubda həmçinin “Azərbaycan” nəşriyyatı ilə redaksiyamız arasında bağlanmış müqavilələrə əsasən 1 iyul 2013-cü ilədək redaksiyamızın nəşriyyata çap xərclərinə görə 17 271 manat, kommunal xərclərə görə 2 666,80 manat, cəmi isə 19 937,80 manat debitor borcun  yarandığı qeyd edilib. Bildirirlər ki, göstərilənləri nəzərə alaq və 8 iyul 2013-cü ilədək debitor borclarını  tam ödəyək. Əks halda qəzetimizin çap edilməsi və kommunal xidmətlərinin göstərilməsi nəşriyyatın maliyyə imkanları xaricində olacaq”-deyə bildirən Hacıyev qəzetin maliyyə durumunun ağır olaraq qaldığını qeyd edib.

Qeyd edək ki,  “Azadlıq” qəzeti 1989-cu il dekabrın 24-dən gündəlik olaraq  çıxır.

Previous Post

Jurnalist metropoliten əməkdaşının təzyiqinə məruz qalıb

Next Post

QHT nümayəndələri Prezident Administrasiyasını vədinə əməl etməyə çağırır

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.