QHT nümayəndələri Prezident Administrasiyasını vədinə əməl etməyə çağırır

Bir qrup hüquq müdafiə təşkilatları Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənova açıq məktub yazaraq insan haqları mövzusunda QHT-hökumət dialoquna çağırıblar.  Müraciətin surəti QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevə ünvanlanıb.

Bu gün Əli Həsənovun QHT-lər tərəfdən irəli sürülən 80-dən artıq təklifin hamısının qeyd olunduğunu, problemlərin araşdırılacağını və dialoq əsasında həll olunacağını vəd verməsindən düz bir il keçir.

Açıq məktubda həmçinin Əli Həsənova xatırladılır ki, həmin görüşdə o, problemlərin həlli üçün söz versə də, ötən bir il ərzində dialoqun davam etdirilməməsi və ən əsası baş verən geriləmələr QHT rəhbərlərinin narahatçılığını daha da artırıb.

QHT təmsilçiləri açıq məktubda onları narahat edən bir sıra problemləri sadalayır, problemlərin həlli üçün dialoqun vacib olduğunu və hökumətlə bu cür dialoqa hazır olduqlarını bir daha qeyd ediblər.

Açıq müraciətdə QHT təmsilçiləri hakimiyyəti öz vədinə əməl edərək dialoqu davam etdirməyə, mövcud problemləri həll etmək üçün vətəndaş cəmiyyətinin çağırışlarına və təşəbbüslərinə hörmətlə yanaşmağa çağırıblar.

Açıq məktubu Rəsul Cəfərov (İnsan Hüquqları Klubu), Emin Hüseynov (Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu), Gülnarə Axundova (Azərbaycan Media Mərkəzi), Zöhrab İsmayıl (Azad İqtisadiyyata Yardım İctimai Birliyi), İntiqam Əliyev (Hüquq Maarifçiliyi Cəmiyyəti), Ənnağı Hacıbəyli (Azərbaycan Hüquqçular Assosiasiyası), Mirəli Hüseynov (“Demokratiyanı Öyrənmə” İctimai Birliyi), Leyla Əliyeva (Milli və Beynəlxalq Araşdırmalar Mərkəzi), Mirvari Qəhrəmanlı (Neftçilərin Hüquqlarını Müdafiə Komitəsi), Anar Məmmədli (Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi), Azər Mehtiyev (İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi), Hafiz Həsənov (Hüquq və İnkişaf İctimai Birliyi), Ziya Quliyev (Hüquqi Təşəbbüslər Mərkəzi), Fuad Həsənov (Demokratiya Monitoru İctimai Birliyi), Samir Kazımlı (Siyasi Azadlıqları Müdafiə Alyansı) imzalayıblar.

Previous Post

Azadlıq qəzeti nəşriyyatdan borcları ödəmək barədə xəbərdarlıq alıb

Next Post

Prezident seçkiləri yaxınlaşdığı bir vaxtda əsas namizədlər ifadə azadlığına hücuma başlayıb

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.