Jurnalist metropoliten əməkdaşının təzyiqinə məruz qalıb

EFCF58CB-74DE-48A8-B630-6CFFD36FB5B9_mw1024_n_s

İyulun 2-də jurnalist Aynur Elgünəş peşə fəaliyyətini yerinə yetirən zaman fiziki təzyiqə məruz qalıb. Bu barədə bu gün (2 iyul) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) jurnalistin özü məlumat verib. Aynur Elgünəşin sözlərinə görə, hadisə “Həzi Aslanov” metro stansiyasında vətəndaşla metropoliten işçisinin mübahisəsini işıqlandırarkən baş verib.

“Yaxınlaşdım ki, mən jurnalistəm, nə baş verib? Vətəndaş Xəyal İmanov başladı danışmağa ki, kartına pul yükləyib, amma yüklənməyib. Belə olanda nəzarətçi qadından onu keçirməsini istəyib. Vətəndaşın pulu aparatda qalsa da, nəzarətçi keçirməyəcəyini deyib. Mən onların şəkillərini çəkmək istəyəndə, qadın üstümə hücum edərək, məni təhqir etməyə başladı. Stansiya polisləri də onu aralamaq əvəzinə, mənə təzyiq etdilər. Onlar məni itələdilər, qolumda dırnaq izləri var”,-deyə jurnalist qeyd edib.

Jurnalist daha sonra məsələ ilə bağlı “Həzi Aslanov” metro stansiyasının rəisi Böyükağa Yolçuyevin onu və şikayətçi Xəyal İmanovu qəbul etdiyini, dinlədikdən sonra, nəzarətçi barədə ölçü götürəcəklərini dediyini, eləcə də baş verənlərə görə üzr istədiyini bildirib. A. Elgünəş metropoliten rəhbərliyinə şikayət ərizəsi verdiyini, əgər ölçü götürülməzsə, məhkəməyə müraciət edəcəyini qeyd edib.

Previous Post

Azadlıq qəzetinin bank hesabından həbs götürülüb

Next Post

Azadlıq qəzeti nəşriyyatdan borcları ödəmək barədə xəbərdarlıq alıb

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.