MİRZƏ SAKİTİN HƏBSİNDƏN İKİ İL ÖTÜR

Bu gün (23 iyun) “Azadlıq” qəzetinin əməkdaşı, satirik jurnalist Mirzə Sakitin (Sakit Zahidov) həbs olunmasından iki il ötür.

Qeyd edək ki, 2006-cı il iyunun 23-də Zahidovun cibinə narkotik maddə atılmış və o, bu yolla həbs edilmişdir. Jurnalistə qarşı bir neçə maddə üzrə ittiham irəli sürülsə də, nəticədə qeyri-qanuni narkotik maddə saxlamaq ittihamı əsasında Sakit 3 il müddətinə azadlıqdan məhrum edilmişdir.
Jurnalistin həyat yoldaşı Rəna Zahidova RATİ-nin əməkdaşı ilə söhbəti zamanı bu iki ilin onun xatirəsində həm yaxşı, həm də pis hadisələrlə yadda qaldığını qeyd etdi: “Bu iki il ərzində mən yaxşını pisdən ayırmağı bacarmağı öyrəndim. Kimin əsl dost, kiminsə düşmən olduğunu anladım. Dost bilib yaxınım hesab etdiyim insanların əslində mənə düşmən olduğunun şahidi oldum. Sakitin unudulması mənə pis təsir edir. Bu iki ildə beş uşağın bütün problemləri, məsuliyyəti mənim üzərimdə oldu. Artıq iki ili geridə qoyduq. Qalan bir ili də dözümlə yola salacağımıza ümid edirik. Mənim yeganə istəyim onun əziyyətinin itməməsidir. Çünki hər kəs onun günahsız olduğunu bilir”.

Previous Post

QƏNİMƏT ZAHİDOVUN ƏLYAZMALARININ GERİ ALINMASI ÜÇÜN MƏHKƏMƏYƏ MÜRACİƏT EDİLƏCƏYİ GÖZLƏNİLİR

Next Post

AZƏR ƏHMƏDOV FİKRƏT HÜSEYNLİ BARƏDƏ YAYILAN MƏLUMATLARI DEZİNFORMASİYA HESAB EDİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.