AZƏR ƏHMƏDOVUN MƏHKƏMƏ PROSESİ TƏXİRƏ SALINDI

Bu gün (22 may) Səbail rayon Məhkəməsində hakim Araz Hüseynovun sədrliyi ilə “Azadlıq” qəzetinin direktoru Azər Əhmədovun MTN və Baş prokurorluğun Ağır Cinayətlərə dair İşlər İstintaq İdarəsinin rəisi Eldar Əhmədova qarşı telefon danışıqlarının dinlənilməsinin qanunsuz hesab olunması ilə bağlı qaldırdığı iddia üzrə məhkəmə hazırlıq iclası keçirilməli idi.

Lakin tərəflər prosesə gəlmədiyindən hakim A. Hüseynov məhkəmə prosesini 27 may saat 15.00 – a kimi təxirə saldı.
Vəkili Elçin Sadıqovun sözlərinə görə, iddiada A. Əhmədovun telefon danışıqları dinlənilməsinin qanunsuz hesab edilməsi və dəymiş ziyana görə kompensasiya ödənilməsi göstərilir.
Qeyd edək ki, iddiaya səbəb Aqil Xəlilin işi üzrə istintaqın gedişi zamanı A. Əhmədovunda telefon danışıqlarının dinlənilməsi olub.
Previous Post

“GÜNDƏLİK BAKI” QƏZETİNİN VƏSATƏTİ TƏMİN OLUNUB

Next Post

EYNULLA FƏTULLAYEVİN AVROPA MƏHKƏMƏSİNƏ ŞİKAYƏTİ İLƏ BAĞLI KOMMUNİKASİYA MÜDDƏTİ BİTİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.